Bakının ən böyük bağı

bakinin-en-boyuk-bagi-
Oxunma sayı: 646

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, Layihəyə görə, Bakıda ən iri olacaq və 9,5 hektar ərazidə yerləşəcək bu bağ, “Bakı Ağ Şəhər”in həyatında əhəmiyyətli rol oynayacaq. “Bakı Ağ Şəhər” layihəsinin icra qrupundan bildiriblər ki, klassik üslubda işlənib hazırlanacaq bağın yeni konsepsiyasında uşaqlar üçün müxtəlif əyləncə obyektləri nəzərdə tutulub.

Gəzintilərin rahat olması üçün, abadlaşdırılmış və təşkil olunmuş ərazi avtomobil dayanacağı yerləri ilə də təmin olunacaq, şəhər əhalisinin sevimli məkanına və tədbirlərin keçirilməsi üçün yararlı bir yerə çevriləcək.