Akkord Qızıl Mükafat aldı

akkord-qizil-mukafat-aldi-
Oxunma sayı: 662

Korporasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, mükafat BİD Beynəlxalq Biznes Assosiasiyasının prezidenti tərəfindən təntənəli surətdə Akkord Korporasiyasının Direktorlar Şurasının sədri, baş direktor Xaqani Quluzadəyə təqdim edilib.
Eyni zamanda, Akkord Korporasiyası BİD tərəfindən QC 100 Total Quality Management keyfiyyət modeli texnologiyasının tətbiqi üzrə sertifikata layiq görülüb.
Tədbirdə ABŞ, Almaniya, İngiltərə, Fransa, İsveçrə, İspaniya, Rusiya, Türkiyə, Braziliya, Yeni Zellandiya, Meksika, Avstraliya və digər ölkələrdən yüzə yaxın aparıcı iri sənaye, tikinti, texnologiyalar, istehsal, xidmət və maliyyə sahələrində çalışan şirkətlər təmsil olunub.

Xatırladaq ki, Avropanın işgüzar qurumları və şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə 2012-ci ilin fevral ayından Akkord Korporasiyasının Almaniyanın Frankfurt şəhərində nümayəndəliyi fəaliyyət göstərməkdədir.

Nigar Məmmədli