“AKKORD”dan şəffaflıq nümunəsi

akkorddan-seffafliq-numunesi-
Oxunma sayı: 690

“Akkord”un İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Afaq Quliyevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, ümumilikdə, bu günədək “Akkord” Korporasiyasının 2007, 2008, 2009, 2010-cu illərin və 2011-ci ilin 6 ayının yekunlarına görə, maliyyə hesabatları BMHS-a uyğun hazırlanıb və Mak Azerbaijan Ltd. audit firmasının yoxlanılmasından keçib. 2011-ci ilin yekunlarına görə BMHS-ə uyğun hazırlanacaq maliyyə hesabatlarının yoxlanılması üçün “Akkord” Korporasiyası “böyük dördlüyə” daxil olan audit şirkətlərindən birini cəlb etməyi planlaşdırır. Önəmlidir ki, “Akkord” Korporasiyası dörd il ardıcıl olaraq maliyyə hesabatlarını BMHS-a uyğun hazırlayır və kənar auditorun yoxlanılmasından keçirməklə bu məlumatların açıqlanması təcrübələrini uğurla tətbiq edir.

Nigar Məmmədli