Baldızını bıçaqlayana 5 il iş verildi

baldizini-bicaqlayana-5-il-is-verildi
Oxunma sayı: 1382

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını bıçaqlamaqda təqsirləndirilən Alim Süleymanova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamilla Nəsrullayevanın icraatında olan prosesdə A.Süıeymanov 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Bakıda yaşayan 1956-cı il təvəllüdlü A.Süleymanov baldızı Dürdanə İbrahimovanın əri öldükdən sonra pis yola düşməməsi üçün onunla siğə etdirib birgə yaşamaq istəyini bildirib. Onun digər baldızı Yeganə Süleymanova isə buna etiraz edib və mübahisə düşüb. A.Süleymanov Yeganəni bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Murad Əhməd