Aliyə Qarayeva finalda – Yenilənir

aliye-qarayeva-finalda-yenilenir
Oxunma sayı: 649

A. Qarayeva gürzlə qüvvəsini sınayıb və 27.850 xal yığıb. Bu göstəricidən sonra ümumi xalını 83.650-yə çatdıraraq 24 iştirakçı arasında 4-cü yerə yüksəlib.

Olimpiyaçımız bu gün sonuncu hissədə lentlə kompozisiyalar nümayiş etdirəcək. Final mərhələsinə vəsiqə qazanmaq üçün idmançımız ilk “onluq”da yer almalıdır.

***
Aliyə Qarayeva lentlə çıxış edərək 28.200 xal qazanıb. Ümumi xalı isə 111.850 olub. Lentlə çıxışda təmsilçimiz üçüncü yerlə kifayətləndi.

Təsnifat mərhələsinin yekununa əsasən isə 10 idmançı finala yüksəlib. Onlar arasında təmsilçimiz Aliyə Qarayeva da var. Qaliblər avqustun 11-də bilinəcək.

Ceyhun Əhmədov