Alla Puqaçovanin başyeyən nikahları

alla-puqacovanin-basyeyen-nikahlari
Oxunma sayı: 980

Tanınmış şəxslərin həyatları daima göz önündə olduğu üçün onları iki aspektdən izləyirəm: birincisi tipik qadın marağı, ikincisi isə araşdırma həvəsi. Keçən ay baş verənləri xronoloji olaraq işləmək qərarına gəldim (bunu az qala hər ay edirəm). Maraqlı bir təsadüf diqqətimi çəkdi. Bu tipli hallar tez-tez olur. Mən bunları hissə-hissə yazmağa qərar vermişəm. İlk olaraq isə Alla Puqaçova və onun kommunist başı yeyən nikahlarından yazmağa başlayacam.

Alla Borisovna Puqaçova – SSRİ-nin və Rusiya Federasiyasının Xalq artisti, məşhur estrada müğənnisi, eyni zamanda bir çox mahnı sözü müəllifi, bəstəkar, prodüsser, aktrisa və s. Təqdimatı kifayət qədər uzada bilərəm, amma qısa şəkildə Alla Puqaçova desəm də yetər, axı hamımız onu çox gözəl tanıyırıq.

Şəxsi həyatı daima gözlər önündə olan, diqqət çəkməyi bacaran Alla xanımın bu günə qədər beş rəsmi evliliyi olub. Hal-hazırda beşinci həyat yoldaşı ilə “bal ayı” dönəmini yaşayan müğənni hər nikahı ilə tarixdə önəmli kommunist siyasi xadimin həyatına “son qoyduğunun” bəlkə də fərqinə varmayıb. Onun bütün nikahlarından sonrakı həftədə dünya şöhrətli solçu lider ölürdü. Son nikahı da itkisiz ötüşmədi. Qısaca xronologiyaya baxaq:

İlk evliliyini 1969-cu ildə litvalı sirk aktyoru ilə rəsmiləşdirən Alla Puqaçova klon Mikolas Edmundas Orbakasla cəmi iki il evli qalıb. 1971-ci ilin may ayında qızları Kristina Edmundova Orbakayte dünyaya gəlir və çox keçmir ki, cütlük ayrılmağa qərar verir.
Mikolas Edmundas Orbakasla nikahlarının ilk həftəsini yaşadıqları zaman 26 sentyabr 1969-cu ildə Estoniya Kommunist Partiyasının birinci katibi Nikolay Qeorqoviç Karotamn (Nikolai Karotamn) dünyasını dəyişir. İki gün sonra 28 sentyabr tarixində, yəni bu nikahın həftəsi dolmamış Bolqarıstan Kommunist Partiyasına liderlik etmiş, bolqar hərbi və siyasi xadimi, general-polkovnik, Bolqarıstanın Baş Naziri Kimon Qeoruyev də ölür.
Alla Puqaçova yenidən 1976-cı ildə ailə həyatı qurub. Ikinci əri isə rejissor Aleksandr Stefanoviç idi. Nikahlarından iki gün sonra 9 sentyabr 1976-cı ildə məşhur Çin siyasi xadimi, Çin Kommunist nəzəriyyəsinin banisi Mao Tcedun dünyasını dəyişir. Alla xanımın evliliyi isə cəmi 4 il çəkir və 1980-ci ildə rejissor ərindən boşansa da hələ onun filmlərində bir çox baş rollar alacaqdı...

Yəqin ki bir çoxlarımız Rusiyanın məşhur “Mahnı Teatrı” haqqında bilirik. Həmin teatrı Alla Puqaçova ilə birlikdə yaradan isə onun üçüncü əri idi – Yevgeniy Boldin. Səkkiz il davam edən bu evliliyin təməli 1985-ci ildə qoyulmuşdu, 1993-cü ildə isə iddialara görə Allanın xəyanəti ilə bitmişdi. Bu evliliyində də “bal ayı” matəmlə “qardaşlaşır”. Toyun ertəsi günü SSRİ Kommunist Patiyasının Baş Katibi – yəni keçmiş SSRİ lideri Konstantik Ustinoviç Çernenko ölür. Lakin “təsadüflər” davam edir...

İndiyə qədərki ən uzun evliliyini müğənni həmkarı Filipp Kirkorovla yaşayan Alla xanım doqquz illik evliliklərinə 2005-ci ildə son qoyub. Ailənin təməli isə 1994-cü ildə Kim İr Senin ölümündən üç gün öncə qoyulub. Bilməyənlərin diqqətinə çatdırım ki, Kim İr Sen Şimali Koreyanın rəhbəri və 1945-ci ildəm Koreya Xalq Partiyasının baş katibi idi.
Keçən ilin sonunda 13 dekabr 2011-cu ildə Alla Puqaçova uzun zamandır – 5 ilə yaxın müddətdə sevgili olduğu yumorist Maksim Qalkinlə evlənir. Bu toyu milyonlar illər uzunu gözləmişdi və həmin gün milyonlar izləyirdi. Bu toy xəbərini isə 17 dekabr tarixli ölüm xəbəri izlədi. Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen İr öldü.
İndi maraqla Alla xanımın beşinci evliliyini gözləyirəm...