“Allah eləməsin ki, balaca oğlum prezident olsun”

allah-elemesin-ki-balaca-oglum-prezident-olsun
Oxunma sayı: 649

Suallardan biri Lukaşenkonun nigahdankənar oğlu, həmişə onun yanında olan və hazırda ikinci sinifdə oxuyan Nikolay barədə olub. Jurnalist Lukaşenkodan oğlunu gələcəkdə öz yerinə prezident edəcəyinə dair şayiələr barədə ondan soruşub.

Lukaşenko isə cavab verib ki, oğlu Nikolayı prezidentliyə hazırlamaq heç onun ağlının ucundan da keçməyib: “Sizə Kolyanın özünün əziz canına and içirəm, hansı ki, o mənim üçün bu dünyada ən əzizdir, yeganə ümidimdir və mənim həyatımda ən qiymətlidir. And içirəm ki, heç vaxt, hətta heç bir vaxt bu barədə fikirləşməmişəm”. Lukaşenko əlavə edib ki, Konstitusiyaya görə prezident 35 yaşını bitirmiş şəxs ola bilər. Kolyanın isə indi cəmi 8 yaşı var. “Deməli siz demək istəyirsiniz ki, mən hələ 30 il də prezident olacağam ki, sonradan hakimiyyəti bu balacaya ötürüm? Allah eləməsin ki, mən o yaşda da prezident olum və mənim balaca oğlum perspektivdə prezident olsun” deyə o bildirib.

Belarus prezidenti əlavə edib ki, əgər söhbət hakimyyətin oğula ötürülməsindən gedirsə o zaman onun böyük oğulları barədə danışmaq olardı. (Lukaşenkonun qanuni nigahdan iki oğlu var.-red) “Lakin Allah eləməsin ki, mənim uşaqlarım məndən sonra prezident olsun” deyə o bildirib. Lukaşenko əlavə edib ki, bu cür şaiyələri insanları qorxutmaq üçün ortaya atırlar: “Demək istəyirlər ki, ailəyə baxın: hakimiyyəti irsən ötürəcək və sonra nələr. Mən sizə bir daha deyirəm: uşaqlarım mənim prezidentliyimdən onsuz da boğaza yığılıblar. Əgər siz bilsəydiniz ki, mən necə işləyirəm və bu prezidentlikdən nə əldə etmişəm, o zaman mənimlə razılaşardınız ”.

Lukaşenko onu da deyib ki, o diktator ola bilməz. Çünki bunun üçün resursları yoxdur: “Axı mənim diktatorluq üçün resursum yoxdur. Başa düşürsünüz, resurs yoxdur. Mənim nə təbii qazım var,nə neftim var, nə nüvə silahım və digərləri. Mən diktator deyiləm həm də ona görə ki, bu mənim təbitəimə ziddir”. Belarus prezidenti ölkədə hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi məsələsindən də danışıb. “Ola bilsin ki, bunun vaxtı çatıb, sizin tərəflərdən və digər yerlərdən təzyiqlər olmasaydı indi nələrsə etmişdik” deyə o bildirib. Lukaşenko əlavə edib ki, onun ölkəsinə Litva və ya Polşadakı kimi demokratiya lazım deyil: “Əgər iqtisadiyyat yoxdursa, əgər insan öz torpağında iş tapa bilmirsə və qazzanıb başını saxlaya bilmirsə belə demokratiya bizə lazım deyil”.

Lukaşnko vaxtilə Səddam Hüseynlə Amerika arasında vasitəçilik etməsindən də danışıb. Deyib ki, amerikalılar onu İraqda nüvə silahının olduğuna dair bəyanat verməyə inandırmağa çalışırdılar, deyirdilər ki, belə bəyanat versə Qərb Belarusa pul yatıracaq, hər şey yaxşı olacaq. “Lakin mən belə bəyanat vermədim. Çünki İraqda nüvə silahı yox idi. Və Hüseynlə danışıqlardan sonra amerikalılara çatdırdım ki, o sizinlə anlaşmaya hazırdır, əgər sizə neft lazımsa problem yoxdu, ölkəni bombalamayın, dağıtmayıb. Ancaq cavab belə oldu ki, hər maşını artıq işə düşüb və onu dayandırmaq mümkün deyil” deyə Belarus prezidenti bildirib./musavat.com/