“Amnesty İnternational” 3 nəfəri vicdan məhbusu sayır

amnesty-international-3-neferi-vicdan-mehbusu-sayir
Oxunma sayı: 718

Vəkil Əsabəli Mustafayev oktyabrın 5-də “Media forum” saytına açıqlamasında belə deyib.

Əsabəli Mustafayev bildirib ki, bir necə gün əvvəl Londonda səfərdə olarkən “Amnesty İnternational” təşkilatının Azərbaycan üzrə mütəxəssisləri ilə görüşüb: “Amnesty İnternational” Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlini vicdan məhbusu kimi tanıyıb. Bundan əvvəl isə gənc fəal Cabbar Savalanlı vicdan məhbusu kimi tanınıb. Təşkilat Azərbaycanda siyasi motivli məhkəmə proseslərini, o cümlədən 2 aprel mitinqində həbs olunanların mühakiməsini yaxından izləyir, məlumat toplayır. Bundan əvvəl də onlara müxtəlif məlumatlar göndəriblər. Amma təşkilatda bu informasiyalar arasında subyektiv yanaşmaların ola biləcəyinə dair müəyyən şübhələr vardı. Londonda rəsmi sənədləri, ittiham aktlarını, 6 nəfərin işi üzrə çıxarılan məhkəmə hökmünü təşkilata təqdim etdim. Hazırda bu məsələni araşdırırlar. Təşkilat istəyir ki, verdiyi qərar tam obyektiv olsun”.

Vəkil deyib ki, siyasi motivlə həbs olunan digər şəxslərin işi də “Amnesty İnternational”ın nəzərətindədir və məhkəmə hökmləri qüvvəyə mindikcə digər şəxslər də vicdan məhbusu kimi tanınacaqlar: “Bu şəxslərlə bağlı da araşdırmalar davam edir. Təşkilat Azərbaycan haqda hesabat hazırlayır və sənəd yaxın zamanlarda açıqlanacaq”.