Anar özünə toy etdi - Foto

anar-ozune-toy-etdi-foto
Oxunma sayı: 682

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, 1962-ci il yanvarın 27-də Zemfira xanımla evlənən Anar müəllim bu gün evliliyinin 50 illiyini, yəni “qızıl toy”unu paytaxtın məşhur restoranlarından birində qeyd edib.

Mərasimdə Anarın ailə üzvləri və qohumları ilə yanaşı, baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkənin tanınmış yazıçıları, mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Rəfael Hüseynov bildirib ki, Anar və Zemfira xanımın toy mərasimi qarlı bir gündə Dağüstü Parkdakı Dostluq restoranında keçirilib. Rəsul Rzanın təklifiylə toyda bəxşiş qəbul olunmayacağı əvvəlcədən dəvətlilərə bildirilib.

“Qızıl toy”un musiqi tərtibatı ilə bəstəkar Vaqif Gərayzadənin ansamblı ilə müğənnilər İlqar Muradov və Zülfiyyə Xanbabayeva məşğul olublar.

Məlumata görə, “qızıl toy”u Nərgiz Cəlilova və Emin Musəvi idarə edib.

Mərasimdə Anar müəllimin qızı Günel xanımın təşəbbüsü ilə çəkilmiş film də nümayiş etdirilib.