“Andorra rəzaləti” niyə baş verdi?

andorra-rezaleti-niye-bas-verdi
Oxunma sayı: 656

Yerli futbol mütəxəssisləri “Qafqazinfo”ya verdikləri açıqlamada yığmanın uğursuz çıxışını müxtəlif səbəblərlə izah ediblər:

Ağasəlim Mircavadov:

“Sözün düzü, yığmanın Andorra ilə oyununu izləməmişəm deyə, fikir bildirməyim düzgün olmaz. Bu, yoldaşlıq görüşüdür. Ola bilsin ki, hər hansı taktiki gedişlər edilib. Lakin nəticəyə əsasən deyə bilərəm ki, yığma komandada ciddi problemlər var. Artıq 10 gündür ki, milli Frankfurtda təlim-məşq toplantısındadır. Yaponiyaya uduzduğumuz üçün bu görüşdə qələbə qazanmalıydıq. Bunu bacarmamışıqsa, deməli, yığmada çatışmazlıqlar çoxdur. Əsasən də hücum xəttində və oyun qurmaqla bağlı problemlərimiz var”.

Arif Əsədov:

“Belə komandalara mütləq qalib gəlmək lazımdır. Bildiyimə görə, bu oyun yığmanın seçmə mərhələ ərəfəsində (DÇ 2014-ün seçmə mərhələsi nəzərdə tutulur) sonuncu matçı idi. Deməli, seçmə mərhələyə yüksək əhval-ruhiyyədə yollanmaq üçün də qələbə lazım idi. Andorra ilə heç-heçə etməyimiz reytinq baxımından da ziyanımıza işləyəcək. Yığmanın uğursuzluğunun səbəbini isə yığmanın içindəkilər – məşqçilər və futbolçular daha yaxşı bilər”.

Şahin Diniyev:

“Oyunu izləmədiyimdən yalnız nəticəyə əsasən fikir bildirə bilərəm. Təbii ki, bu nəticə uğurlu deyil. Bu qarşılaşma seçmə mərhələ ərəfəsində psixoloji vəziyyəti düzəltmək baxımından əhəmiyyətli idi. Xüsusilə də, Yaponiyaya məğlub olduqdan sonra. Andorra kimi zəif komandanı mütləq udmaq lazım idi. Fikrimcə, yığmanın uğursuz nəticələr əldə etməsinin əsas səbəbi qeyri-sabitlikdi. Millidə nə sabit heyət var, nə də sabit oyun. Bunlar yoxdursa, qələbələrin olması mümkün deyil”.

Ceyhun Əhmədov