ANS-in “taksi qalmaqalı” böyüyür – Video

ans-in-taksi-qalmaqali-boyuyur-video-
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, bu hadisənin doğurduğu rezonans ANS-i mövzuya yenidən qayıtmağa məcbur edib. Belə ki, televiziya “Günəbaxan”ın yanvarın 23-də efirə gedəcək buraxılışında mövzuya yenidə qayıdacaq. Verilişin aparıcısı İlqar Mikayıloğlu ona qarşı səsləndirilən ittihamlara cavab verməyə çalışacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl ANS-in “Günəbaxan” verilişində qeyr-adi vəziyyət yaranıb. Taksi sürücülərinin son günlərdəki məlum etirazları ilə əlaqədar verilişə onların nümayəndələri dəvət olunub. Qarşı tərəf kimi isə verilişdə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qatılıb.

Veriliş başlayan kimi taksi sürücüləri ilə Namiq Həsənov arasında gərgin dialoq yaşanıb. Aparıcı İlqar Mikayıloğlu daha çox taksi sürücülərini sakitləşdirməyə çalışmaqla vəziyyətə nəzarəti ələ almaq istəyib, amma tamam əks nəticə yaranıb.

Taksi sürücüləri onlara sözlərinin demək üçün şərait yaradılmadığını deyib və buna etiraz olaraq studiyanı kollektiv şəkildə tərk ediblər. Maraq üçün deyək ki, verilişdə təkcə taksi söhbəti deyil, həm də Qarabağdan danışılır. Hiss olunur ki, sürücülər həm də vətənpərvər insanlardır. Onların dedikləri isə aparıcı İlqar Mikayıloğlu tərəfindən aqressiv və “özünəmxsus” tərzdə qarşılanır. Aparıcı söz verdiyi taksi sürücülərinə ölkə prezidentinin adını çəkməyə belə imkan vermir.

Baş verənlər ölkə mediasında da ciddi rezonansa səbəb olub. Bir çox qəzetlər və internet saytları baş verənləri biabırçılıq adlandıraraq ANS-i obyektiv olmamaqda ittiham ediblər.

“Qafqazifo” məsələnin böyüdüyünü nəzərə alaraq, sözügedən verilişin linkini oxucular təqdim edir. Qoy onlar bir daha baxıb dəqiq, qərəzsiz və vicdanlı nəticə çıxarsınlar.

Ancaq sonda bu ölkədə heç olmasa ANS-in problemə hər hansı bir formada vaxt ayırmasını təqdir etmək də vicdan məsələsidir.

Verilişin TAM Videoyazısı BURADA