Arif Qaraşov həbsdən necə xilas olub?

arif-qarasov-hebsden-nece-xilas-olub
Oxunma sayı: 1798

Dövlət Reyestri Xidmətinin fəaliyyəti ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparlıması barədə məlumatlar yayılmışdı. Xəbərdə qeyd olunurdu ki, yoxlamalar zamanı quruma rəhbərlik etmiş Arif Qaraşov həbsi edilə bilər.

Ancaq sonradan bu məlumatlar özünü doğrultmadı. Amma vəzifədən çıxarıldıqdan sonra Qaraşovun işləri yaxşı getməyib. Etibarlı mənbədən aldığımız məlumata görə sabiq xidmət rəisinə məxsus obyektlər və daşınmaz əmlakın bir hissəsi onun əlindən alınıb. Yasamal rayonu ərazisində yerləşən “Ekspress Kafe”, “Baza Pitseriya” onun əlindən alınana obyektlər siyahısındadır. İddialara görə, sabiq xidmət rəisinin digər obyektlərinə də əl qoyula bilər.

Məlumatlı mənbə bildirir ki, əslində bu yolla Qaraşov həbsdən canını qurtarıb.

“Bizimyol” qəzeti