“Barselona” “Lion” matçında 6 qol vuruldu - Fotolar

barselona-lion-matcinda-6-qol-vuruldu
Oxunma sayı: 3161

Bu gün Çempionlar Liqasında 1/8 finala yekun vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, cavab matçında “Barselona” öz meydanında Fransanın “Lion” komandasını qəbul edir. 

Oyunun 17-ci dəqiqəsində Lionel Messinin penaltidən vurduğu qolla “Barselona” hesabı açır. 

Matçın 31-ci dəqiqəsində Filippe Koutinonun vurduğu qolla İspaniya komandası 2:0 önə keçir. 

“Lion”un qapıçısı Antoni Lopeş cavab matçında “Barselona”ya qarşı oynaya bilmədi. Belə ki, oyunun 23-cü dəqiqəsində Luis Suareslə toqquşaraq zədə aldı və 34-cü dəqiqədə əvəzlənməli oldu.

***

Oyunun 59-cu dəqiqəsində Tusarın vurduğu qolla hesab 2:1 olur.

***

78-ci dəqiqədə Messinin vurduğu növbəti qol sayəsində “Barselona” 3:1 öndədir. 

***

81-ci dəqiqədə Pikenin vurduğu qolla “Barselona” fərqi 3 topa çatdırır. 

***

Osman Dembelenin 86-cı dəqiqədə vurduğu qolla “Barsa” 5:1 öndədir.  

***

Oyun başa çatdı