Arvadını baltalayıb öldürdü

arvadini-baltalayib-oldurdu
Oxunma sayı: 675

Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, Mərdəkan qəsəbəsində yaşayan 47 yaşlı Bakı sakini Əli Ağaəliyev balta ilə həyat yoldaşı olan Şuşa sakini Kifayət Hüseynovanı qətlə yetirib. Qanlı hadisə dekabrın 27-nə keçən gecə saat 03 radələrində Mərdəkan qəsəbəsi Ərəblinski küçəsi ev 3-də baş verib. Ailə münaqişəsi zəminində arvadını balta ilə öldürən Ə. Ağəliyev özünə də xəsarət yetirib. O, ağır vəziyyətdə I saylı Kilinik Xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edib.

Faktla bağlı Cinayət məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlayın.