Baş nazir də rüşvətxor çıxdı

bas-nazir-de-rusvetxor-cixdi
Oxunma sayı: 650

Qeyd edək ki, İspaniya məhkəməsi 1997-ci ildə L.Basenası İsveçrə bankına qanunsuz şəkildə 30 milyon dollar yerləşdiyinə görə ittiham etmişdi. Lakin məhkəmə zamanı o, pulların ona məxsus olduğunu təkzib etmişdi. Ötən gün məsələ ilə bağlı partiyanın baş qərargahında çıxış edən baş nazir ona qarşı sürülən ittihamların əsassız olduğunu və heç bir ittihamı qəbul etmədiyini bildirib. İddiaların əksini sübut etmək üçün isə M.Rahoy gələn həftə şəxsi hesabının sürətini çıxararaq mediaya təqdim edəcəyini bildirib.

"Mən bu barədə iki kəlmədən artıq danışmaq istəmirəm. İttihamlar əsassızdır. Mən heç bir zaman nə partiya daxilində, nə də kənarda çirkli pullara meyl etməmişəm. Öz hesabımla bağlı ətraflı şəkildə şəffaflıq yaradaraq ittihamların əksini sübut edəcəm. Bütün vergi sənədlərini və sərvətimi ictimaiyyətə təqdim edəcəm", - deyə M. Rahoy açıqlama verib./anspress/