Avropa “Nabucco” arzularını dəfn edir

avropa-nabucco-arzularini-defn-edir
Oxunma sayı: 643

“Nabucco” Avropa Birliyinin siyasi dəstəyini itirir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Almaniyanın “Deutsche Welle” nəşri yazıb. Qəzetdə qeyd edilir ki, onu daha ucuz qaz kəməri əvəz edə bilər: “Görünür ki, Avropa Komissiyasında praqmatik fikirləri siyasi fikirlərdən üstün tutublar”. Nəşr hesab edir ki, “Nabucco” qaz kəmərinin perspektivi hələ heç vaxt bu qədər dumanlı olmamışdı. 2004-cü ildən bəri onun təşəbbüskarları bir sıra çətin problemlər həll etməli idilər. Onun tikintisinə başlamaq üçün müddət daim təxirə salınırdı. Lakin indi “Nabucco” özünün ən mühüm, layihəni dənizdə saxlayan siyasi dəstəyi AB-ni itirmək üzrədir. Avropa komissiyası nümayəndələri bu yaxınlarda faktiki olaraq etiraf etdilər: “AB-yə “Cənub dəhlizi”nin daha iri miqyaslı açılış planını reallaşdırmaq üçün fərdi layihələr daha vacibdir, yəni Rusiyadan yan keçməklə qaz resurslarını Xəzər dənizindən Avropaya daşınması”.

Nəşr bildirir ki, “Nabucco” layihəsi bu planın həyata keçirilməsi üçün real variantlardan sadəcə biridir, həm də bahalıdır fikirlərini səsləndirərkən AB-nin energetikaları məsələləri üzrə komissarı Günter Ettinqer optimist idi. O, hesab edir ki, konsorsiumun iştirakçıları əvvəldən 7.9 milyard avro kimi dəyərləndirilən layihəyə yenidən baxmalıdırlar. Ettinqer layihənin gözləndiyindən daha artıq 10-14 milyard avroya başa gələ biləcəyini iddia edir.

“Nabucco” öz mövcudluğunu yalnız onda təsdiqləyə bilər ki, heç olmasa boru xəttinin yarısını Azərbaycan qazı "Şah-Dəniz" yatağının ikinci sahəsinin hesabına doldurmaq mümkün olsun. Qəzet yazır ki, bu 16 milyard kubmetr qazın 6 milyardı hər il, Bakı ilə Ankara arasındakı razılığa əsasən Türkiyədə, 10-u isə Avropaya gedəcək. Lakin problem ondadır ki, qazı “Şah-Dəniz”dən nəql etmək haqqına sahib olmaq üçün bir neçə layihə, o cümlədən BP mübarizə aparır. Onlar hamısı Türkiyə və Azərbaycan arasında mövcud qaz kəmərini sadəcə müasirləşdirərək istifadə etmək istəyirlər.

Günter Ettinqerin yardımçısı Marlene Xolçner qəzetə müsahibəsində bildirib ki, “Nabucco”nun indiki vəziyyətindən ümumiyyətlə imtina edilə bilər: “Mən bilmirəm nəticədə hansı layihə reallaşacaq. Bu nə “Nabucco”, nə də “TAR” ola bilər. Bu hər iki layihəni birləşdirmək qərarı da ola bilər”.

“Əgər Azərbaycan Avropaya ildə 10 milyard kub metr qaz ötürməyə imkan verən az ötürücülük qabiliyyətinə malik borudan istifadə etmək qərarına gəlsə, biz “Transxəzər” qaz kəməri haqqında düşünməli olacağıq. Ola bilsin ki onun tikintisinə ehtiyac qalmasın”.

Səidə