Aydın Canıyevə 3 il həbs verildi

aydin-caniyeve-3-il-hebs-verildi
Oxunma sayı: 666

“Qafqazinfo” “Modern.az”a istinadən xəbər verir ki, proses zamanı dövlət ittihamçısı jurnalistə 4 il həbs verilməsini təklif edib.

Məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilib və onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Aydın Canıyev sentyabr ayında saxlanılıb. Həmin vaxt o, vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lənkəranın Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunub və inzibati həbs cəzası alıb. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Aydın Canıyevin cinayət məsuliyyətinə cəlb olunması məsələsini Lənkəran Dövlət Universitetinin pedaqoji heyəti də qaldırıb. Onların şikayətinə jurnalistin “Xural” qəzetində getmiş məqaləsindəki bəzi ifadələr səbəb olub.

Jurnalist Lənkəran Rayon Polis Şöbəsinin təcridxanasında saxlanır.