Bayram Vəliyev əməliyyat olundu - Məhkəmələri uzanaraq izləyirdi

bayram-veliyev-emeliyyat-olundu
Oxunma sayı: 638

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevin əməliyyat olunduğu bildirilib. Onun belində 18 mm-lik yırtıq əmələ gəlmişdi. Bundan öncəki bir neçə prosesi də uzanaraq izləmişdi.

Məhkəmə prosesi bu səbəbdən  aprelin 5-də davam etdiriləcək.

Murad Əhməd