Bayramda yol terroru - 8 ölü, 87 yaralı

bayramda-yol-terroru-8-olu-87-yarali
Oxunma sayı: 640

Qəzalar nəticəsində ölənlərin sayı 8, yaralılar isə 87 olub. 3 nəfər Bakıda, 2 nəfər isə rayon yollarında baş verən qəzada ölüb. Qəzalarda 27 nəfər paytaxtın, qalanları isə digər yollarda baş verən qəzalarda xəsarət alıblar.

Belə ki, Yeni il gecəsi, dekabrın 31-də ölkə ərazisində baş verən 16 (Bakıda 6 qəza, 1 ölü, 9 yaralı) avtomobil qəzasında 2 nəfər ölüb, 25 nəfər yaralanıb. Yanvarın 1-də 13 (Bakıda 3 yol qəzası, 1 ölü, 4 yaralı) yol qəzası baş verib. Həmin qəzalarda da 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Yanvarın 2-də isə 16 yol qəzası baş verib. Həmin qəzalarda ölən olmasa da, 20 nəfər xəsarət alıb. Həmin gün Bakıda 7 hadisədə 8 nəfər xəsarət alıb. Yanvarın 3-də 5 yol qəzası baş verib k, burada 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Yanvarın 3-də Bakıda 3 yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yanvarın 4-də 17 yol qəzasında 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Həmin gün Bakıda 5 yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.