Azay Quliyev qalib oldu

azay-quliyev-qalib-oldu
Oxunma sayı: 698

“Qafqazinfo” azayguliyev.az saytına istinadən xəbər verir ki, 2010-cu ilin 7 noyabr seçkiləri nəticəsində formalaşan dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət göstərməsinin 1 ili tamam olur. Geridə qalan bu 1 il kifayətdir ki, parlamentin işini yaxından izləyən ictimaiyyət nümayəndələrinə, o cümlədən seçicilərə deputatların fəaliyyətinə qiymət verə bilsinlər.

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğu keçirib. Artıq soyadları əlifba sırası üzrə verilmiş ilk 15 deputatla bağlı sorğu yekunlaşıb.

Sayca V sorğu QHT sektoru, Şirvan şəhər sakinləri üçün əlamətdar olub. Belə ki, həmin sorğuda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev respondentlərin daha çox səsini qazanaraq qalib gəlib.
Qeyd edək ki, Azay Quliyevin deputatlıq fəaliyyətində son bir il gərgin iş qrafiki ilə yadda qalıb. Millət vəkili kimi o, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması yönündə mütəmadi gerçəkləşən səfər proqramlarında iştirak edib, ATƏT PA, Avronest və digər nüfuzlu beynəlxalq qurumların tribunasından Azərbaycan həqiqətlərini dünyaya çatdırıb, seçildiyi Şirvan şəhər sakinlərinin problemləri ilə maraqlanıb, onların rəy və təklfilərini dinləyib, problemlərin həlli istiqamətində real addımlar atıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri kimi tədbirlərə, konfranslara moderatorluq edib, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb, QHT sektorunun inkişafı üçün rəy və təklifləri Milli Məclis tribunasından səsləndirib, bu sektor üçün xüsusi əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanmasında birbaşa iştirak edib. Azay Quliyev son bir ildə bir çox ictimai əhəmiyyətli ideya və təşəbbüslərin müəllifi kimi də yadda qalıb.

Bütün bunlar isə onu fəaliyyətini yaxından izləyən soydaşlarımız tərəfindən diqqətsiz qalmayıb və nəticədə o internet sorğusunun qalibi olub.