Azərbaycan hakimiyyəti müxalifət liderlərinə uduzdu

azerbaycan-hakimiyyeti-muxalifet-liderlerine-uduzdu
Oxunma sayı: 671

Adıçəkilən şəxslərin hamısı Avropa Məhkəməsinə azad seçki hüququnun pozulması və siyasi ayrı-seçkiliyə məruz qalmaları ilə bağlı müraciət etmişdi.

Vəkil Əsabəli Mustafayevin “Media forum” saytına verdiyi xəbərə görə, məhkəmə bütün şikayətləri təmin edib.

Məhkəmə Azərbaycan dövlətinin Əli Kərimliyə maddi ziyana görə 20 min avro, mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro ödəməsinə qərar verib.

Qulamhüseyn Əlibəyliyə isə Azərbaycan dövləti mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro ödəməlidir.

Arif Hacılı və Sərdar Cəlaloğlu ilə bağlı təyin olunan cərimələr eyni miqdardadır. Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan dövləti Arif Hacılı ilə Sərdar Cəlaloğluya ayrı-ayrılıqda mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 1600 avro ödəməlidir.