Azərbaycan komandasının gənc voleybolçusu vəfat etdi

azerbaycan-komandasinin-genc-voleybolcusu-vefat-etdi
Oxunma sayı: 636

Azərbaycanın qadınlardan ibarət Bakı “Lokomotiv” komandasının oyunçusu Veronika Qomes vəfat edib. “Voleybolx.com” saytının məlumatına görə, 27 yaşlı voleybolçu daban vətərində (Axilles vətəri) meydana gələn xəsarət səbəbilə əməliyyat olunmaq üçün ölkəsinə getmişdi. Qomesin nəfəs çatışmazlığı səbəbilə vətəni Venesuellada öldüyü bildirilir.

Xatırladaq ki, Veronika Qomes Bakı “Lokomotiv”indən əvvəl Rusiyanın “Uraloçka”, Belçikanın “Tonqeren”, İsveçrənin “Konis”, İspaniyanın “Caja de Avila” və Rumıniyanın “Galati” komandalarında oynayıb.

anspress