Azərbaycan Yazıçılar Birliyi Milli Məclisə müraciət etdi

azerbaycan-yazicilar-birliyi-milli-meclise-muraciet-etdi
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, müraciətin mətni bu gün AYB-nin “Natəvan” klubunda keçirilən “dəyirmi masa”da açıqlanıb. Tədbirdə AYB-nin sədri, Xalq Yazıçısı Anar, Milli Məclisin deputatları Elmira Axundova, Rəbiyyət Aslanova, Hüseynbala Mirələmov, Sabir Rüstəmxanlı, Musa Quliyev və digər natiqlər ölkəmizdə yazıçılara göstərilən dövlət qayğısından danışıblar.
Tədbirdə ölkəmizdə dövlət səviyyəsində kitablarının kütləvi nəşri və satışı müsbət hal kimi qiymətləndirilsə də, bu sahədəki mövcud problemlərə də toxunulub. Natiqlər kitab satışına tətbiq edilən ƏDV-nin ləğv edilməsinin əhəmiyyətindən danışıb.

“Dəyirmi masa”da kitab nəşrinin daha müasir səviyyədə qurulması, bədii ədəbiyyatın cəmiyyətə inteqrasiya olunması mexanizminin işlənib hazırlanması və digər bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.