“Azərbaycanda korrupsiya ilə mübarizə səmərəli aparılmır” - Mövqe

azerbaycanda-korrupsiya-ile-mubarize-semereli-aparilmir-movqe
Oxunma sayı: 682

Belə olmasa ölkə iqtisadiyyatının yaxın zamanlarda böyük zərər görəcəyinin şahidi olacağıq”. Bunu SalamNews-a Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa bildirib.

O deyib ki, 1-2 müəllimin tutulması və bununla alt təbəqədə olan insanların gözünü qorxutmaqla bu məsələyə yanaşmaq düzgün olmaz: “Ölkə sərvətinin əhali arasında bərabər bölünməsini nəzərdə tutan model tapılmalıdır. Bu modeli təşəbbüs azadlığı verməklə tapmaq mümkündür. Bütün qapıları açmaqla, gömrük və vergi dərəcələrini aşağı salmaqla qısa müddətdə Azərbaycanın nə qədər yüksəldiyini və əhalinin bu prosesdə necə zənginləşdiyinin şahidi olmaq olar”.
Partiya sədri bildirib ki, korrupsiya ilə mübarizə Azərbaycanın qanunvericilik bazasında kifayət qədər həyata keçirilib. Bununla bağlı beynəlxalq konvensiyalar təsdiq olunub, ayrı-ayrı proqramlar, qanunlar və qanunvericilik aktları qəbul olunur: “Amma faktiki olaraq Azərbaycanda korrupsiya ilə mübarizə səmərəli aparılmır. Bu, ondan irəli gəlir ki, iqtisadiyyatın mövcud strukturunu dəyişmək üçün siyasi iradə hələ tam şəkildə ortaya qoyulmur. Əksinə, inhisarçılıq olan yerlərdə hər hansı şəkildə təşəbbüskarlığın və rəqabətin ortadan qalxmasının şahidi oluruq. Bütün bunlar bazar iqtisadiyyatı modelinə tamamilə ziddir. Ona görə, Azərbaycanda ilk növbədə, vətəndaşların iqtisadi proseslərə cəlb olunması üçün azad şərait yaradılmalıdır, ölkə inhisarçılıqdan yaxa qurtarmalıdır. Azərbaycanda korrupsiya ilə səmimi mübarizə aparılmalıdır. Biz bunun bariz nümunəsini qonşu Gürcüstanda gördük və bununla da postsovet ölkələrində korrupsiya ilə mübarizənin çətinliyi məsələsi aradan qalxıb”.