Azərbaycanda toyuq ətinin rəngi dəyişdirilir - Antisanitariya

azerbaycanda-toyuq-etinin-rengi-deyisdirilir-antisanitariya-
Oxunma sayı: 697

Daxil olmuş məlumata əsasən, avqustun 6-da Xidmətin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Hövsankənd ərazisindəki Məktəbli küçəsi 16 və Məktəbli küçəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan bir neçə ünvanda və Köhnə Kolxoz küçəsində yerləşən toyuq kəsimi ilə məşğul olan təsərrüfat obyektlərində reydlər aparılıb və həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib.

Bununla da, istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu olması fikri yaradılıb və istehlakçı hüquqları kobud şəkildə pozulub. Məhsullardan və boyaq maddəsindən nümunələr götürülüb, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Aşkar edilmiş faktlar insan həyatı, sağlamlığı, əmlakı və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı rayon prokurorluğuna müraciət edilib. Araşdırmalar davam etdirilir./anspress/