Azərbaycandan İrana rəsmi reaksiya

azerbaycandan-irana-resmi-reaksiya
Oxunma sayı: 637



“Azərbaycan heç bir terror təşkilatı ilə və yaxud hansısa şəkildə insanlığa qarşı çıxış edən təşkilatlarla əlaqələrə malik deyil. İran tərəfinin verdiyi bəyanatların heç bir real əsası yoxdur və heç bəlli də deyil ki, Azərbaycanı nədə günahlandırırlar”. “Qafqazinfo” xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. “Azərbaycanın xarici təşkilatlarla, xarici ölkələrin bu və ya digər orqanları ilə münasibətlərində mütləq şəkildə qonşu ölkələrin maraqları nəzərə alınır”.

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.

İran, həmçinin Azərbaycan gömrükçülərinin İrandan gələnləri incitdiklərini bildirib.