Azərbaycandan Rusiya səfirliyinə 4.5 milyon

azerbaycandan-rusiya-sefirliyine-45-milyon-
Oxunma sayı: 709

“Qafqazinfo” budget.az saytına istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 190 saylı sərəncamına görə, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 31 ünvanında yerləşən bina alınıb. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinə 4 milyon 500 min manat məbləğində vəsait ayrılıb. Vəsait 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.

Bu addım Azərbaycan Respublikası və Rusiya Federasiyası diplomatik nümayəndəliklərinin yerləşdirilməsi ilə bağlı daşınmaz əmlakla qarşılıqlı təmin olunması haqqında razılaşmaya əsasən həyata keçirilir.

Nigar Məmmədli