Azərbaycandan Türkiyəyə növbəti yardım getdi

azerbaycandan-turkiyeye-novbeti-yardim-getdi
Oxunma sayı: 660

Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev bildirib ki, 10 avtomobildən ibarət yardım karvanı İran ərazisindən keçərək, Türkiyəyə daxil olacaq. Karvanla zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulmuş 150 ədəd çadır, 200 ədəd yataq çarpayısı göndərilir.

Bu, artıq Fövqəladə Hallar Nazirliyinin Türkiyənin Van bölgəsinə Azərbaycandan göndərilən üçüncü yardım karvanıdır. Bundan əlavə, bir yardım karvanı Naxçıvan Muxtar Respublikasından göndərilmişdi.

ANS PRESS