Azərbaycanlı təşkilatçıdan Türk müğənnisinə sürpriz doğum günü - Fotosessiya

azerbaycanli-teskilatcidan-turk-mugennisine-surpriz-dogum-gunu-fotosessiya-
Oxunma sayı: 721

“Qafqazinfo”ya daxil olan məlumata görə, İstanbulda yerləşən “La Villa Blanche” otelinin hovuz başında təşkil edilən doğum günü partisi sənətçinin ürəyindən xəbər verib. Türkiyəli müğənni ilə çox yaxın dost münasibətində olan azərbaycanlı təşkilatçı Burcu Günəşə daha bir sürpriz edib. N. Emiloğlu müğənniyə nə az, nə çox 104 ədəd ağ qızılgül çələngi bağışlayıb. Burcu Günəş hotelə də qırmızı qızılgül ləcəkləri altında daxil olub. Partidə xüsusi olaraq dəvət edilmiş Özcan Dənizin musiqiçiləri məclisi şənləndirib və qonaqların sevgisini qazanıblar. Çılğınlığı ilə seçilən Burcu Günəşin doğum günü partisi də özünəməxsus baş tutub. Qonaqlar arasında özünü hovuza atanlara və doyunca rəqs edənlərə də rast gəlindi. Burcu Günəşin şərəfinə təşkil olunmuş mərasimdə “Yok böylə dans”da dostlaşdığı məşhur futbolçu Pasqal Nauma da iştirak edib. O, Burcu Günəşi özünəməxsus şəkildə təbrik etdi. Futbolçu ilə müğənninin isti görüntüləri də media mənsublarının gözündən yayınmayıb.

Burcu Günəş Azərbaycan media təmsilçisinin nümayəndəsinə tez bir zamanda ölkəmizə gəlmək və burada çıxış etmək arzusunu dilə gətirib: “Azərbaycandan dostlarım çoxdur. Nahid Emiloğlu başda olmaqla Azərbaycan xalqını sevirəm və qardaş ölkədə konsert vermək istəyirəm. Bu istəyimi də Nahid bəyə bildirmişəm. Doğum günümdə qardaş ölkədən olan dostlarımın iştirakı məni çox məmnun etdi”. B. Günəş azərbaycanlı bəstəkar Kamalın “Daha gəlsən, gəlməsən də” mahnısı ilə bağlı düşüncələrini belə bildirib: “Kamalın bütün yaradıcılığını izləyirəm. Mahnıları haqda yalnız bir söz deyə bilərəm ki, hər birinə xəstəyəm. Onun bu mahnısı ürəyimə çox yaxındır və sevə-sevə oxudum. Bununla Kamal bəylə əməkdaşlığa son qoymaq fikrində deyiləm və onun hələ çox mahnısını oxumaq arzusundayam”.

Nahid Emiloğlu isə öz növbəsində Burcu Günəşin ifasında bu mahnının tam hazır versiyasını yaxın günlərdə bəstəkar Kamala göndəriləcəyini və müəllifdən razılıq aldıqdan sonra radio dalğalarında yayımlanmağa başlanacağı vurğulayıb. Azərbaycanlı təşkilatçı qeyd edib ki, bu mahnıya möhtəşəm klip çəkilişi də nəzərdə tutulur: “Burcu Günəşin səs effektləri olduqca yüksəkdir. Bu mahnı onun ifasında inanılmaz dərəcədə gözəl alınıb. Mahnının bu ifada da Azərbaycanda çox seviləcəyinə əminəm. Hələ çoxsaylı sürprizlərimiz olacaq ki, bunlar haqda öncədən məlumat vermək istəmirəm”.
Doğum günü partisi diskoteka ilə davam etdirilib.

Nigar Məmmədli