Bakı kəndləri ayağa qalxdı

baki-kendleri-ayaga-qalxdi
Oxunma sayı: 657

Sakinlərin “Qafqazifo”ya verdikləri məlumata görə, Məhəmmədi kəndində yaşayan bir qrup sakin etiraz əlaməti olaraq Pirşağı yolunu bağlayıb. Aksiya iştirakçıları şaxtalı havalarda istilik sistemi olmadığı üçün evlərini qızdırmağın mümkün olmadığını bildiriblər. Yolu bağlayan kənd sakinləri evlərə elektrik enerjisinin verilməsini tələb edən şüarlar səsləndiriblər. Etiraz aksiyası baş verən əraziyə polis əməkdaşları da gəliblər. Buna baxmayaraq, aksiya hələ də davam edir.