Bakı – Şamaxı yolunda ağır qəza, ölən var

baki-samaxi-yolunda-agir-qeza-olen-var
Oxunma sayı: 675

Qəza zamanı 1970-ci il təvəllüdlü Əkbərov Zahid Vahid oğlunun idarə etdiyi “Vaz 21011” markalı avtomaşınla həmin yolla hərəkət edən iki “Vaz 2107” markalı nəqliyyat vasitəldəri toqquşub. Qəza zamanı “Vaz 21011”in sürücüsü Zahid Əkbərov hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra əraziyə Baş DYP idarəsinin əməkdaşları cəlb edilib. Qəza zamanı dünyasını dəyişən sürücünün meyidi daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertiza və patalaji anatomiya birliyinə aparılıb.

Qeyd edək ki, dünyasını dəyişən Zahid Əkbərov idarə etdiyi avtomaşını ilə hadisənin baş verdiyi ərazinin yaxınlğında meyvə-tərəvəz satışı ilə məşğul imiş.

Faktla bağlı Baş DYP idarəsinin istintaq və təhqiqat şöbəsində cinayət məcələləsinin 263.2 - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdaq zərərçəkən şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.

ANS PRESS