Bakı-Sumqayıt yolu bağlandı - Paytaxt dondu

baki-sumqayit-yolu-baglandi-paytaxt-dondu
Oxunma sayı: 646

Yolların buz bağlaması səbəbindən Bakı-Sumqayıt magistralında böyük tıxac yaranıb. Yolun bəzi hissələrində avtomobil qəzaları baş verib.

Tıxac Saray qəsəbəsi ərazisində yerləşən Yol Polisi Postundan o yana uzanır. Yola qum və duz qarışığı səpilməyib.

Məlumata görə, Bakı-Quba istiqamətində də yolun hərəkəti dayanıb. Paytaxta gələn və paytaxtdan əyalətlərə gedən avtomobillərin hərəkəti donub. Maşınlarda olan vətəndaşlar artıq bir neçə saatdır ki, yolun açılmasını gözləyir.