Bakıda dəhşətli qəza, iki nəfər yanıb kül oldu

bakida-dehsetli-qeza-iki-nefer-yanib-kul-oldu
Oxunma sayı: 841

Bakının Nizami rayonu ərazisində dəhşətli yol qəzası olub. Milli.Az-ın məlumatına görə, bu gün səhər 04:00 radələrində Babək prospektində “Porsche-Panamera” markalı minik maşını “MAZ” markalı yük maşını ilə toqquşub.

Qəza zamanı partlayış olub və "Porsche”də olan sürücü və sərnişin yanaraq kül olublar.

Hələlik onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

İlkin məlumata görə, qəzaya səbəb “MAZ” olub. Yüksək sürətlə gələn "Porsche” qarşısında dönmək istəyən yük maşınını görməyib və arxadan ona çırpılıb.
Faktla bağlı araşdırma aparılır.