Bakıda ərini yatağa buraxmayan gəlin evdən qaçdı

bakida-erini-yataga-buraxmayan-gelin-evden-qacdi
Oxunma sayı: 645

Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Yeni Günəşli qəsəbəsində yaşayan 17 yaşlı gəlin Səma (ad şərtidir) ər evində cəmi 5 gün oturub. Bu il iyunun 18-də toy edib ər evinə gəlin köçən qız iyunun 23-ü saat 20:00 radələrində evdən qaçıb.

Axşam evə qayıdan ər arvadını evdə tapmayıb polisə məlumat verib. Elə həmin vaxtda axtarışla başlayan polis əməkdaşları Səmanı avqustun 19-da rəfiqəsi vasitəsilə tapa bilib. Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının səyi nəticəsində gəlin evinə geri qaytarılıb.

Məlum olub ki, gəlin ər evinə gedəndən sonra həyat yoldaşını yatağına buraxmırmış. Bunun üstündə də əri ilə münaqişələri yaranıb. Beş gün sonra isə evdən qaçıb.