Bakıda iki avtomobil qaçırıldı - Kriminal xəbərlər

bakida-iki-avtomobil-qacirildi-kriminal-xeberler
Oxunma sayı: 686

İyulun 19-u saat 21:30 radələrində Buzovna qəsəbəsi R.Axundov küçəsində yaşayan Toğrul İmaməliyevə məxsus «Kio Rio» markalı avtomobil evinin yaxınlığından qaçırılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran, əvvəllər məhkum olunmuş Elşən Cəbrayılov iyulun 20-i saat 02 radələrində Ə.Ağaoğlu küçəsində Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

İyulun 19-u saat 18 radələrində Nobel prospektində Zahid Kazımov idarəetməni itirərək «Toyota» markalı avtomobillə yolun əks istiqamətinə keçərək Tural Xasıyevin idarə etdiyi «Mersedes» markalı avtomobillə toqquşmuşdur. Nəticədə «Toyota» markalı avtomobilin sərnişini Mikeladze Georgiy Kobaviç hadisə yerində ölmüş, «Mercedes» markalı avtomobilin sərnişinləri Mahirə Paşayeva və Yeganə Xasıyeva xəsarət alaraq KTM-yə yerləşdirilmişlər.