Bakıda orta məktəbdə partlayış - Yenilənib

bakida-orta-mektebde-partlayis-yenilenib
Oxunma sayı: 655

Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, olay Çobanzadə 45 ünvanında yerləşən 109 saylı orta məktəbdə sinif otağında olub. İlki məlumata görə, yaralılar var. Deyilənlərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım maşını cəlb olunub.


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə yerinə 7 həkim briqadası göndərilib.


***
Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış xəbərini Təhsil Nazirliyi təkzib edib. Bu barədə “Qafqazinfo”ya açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib: “Hadisə ilə bağlı 102 xidmətinə yalnış məlumat verilib. Hazırda məktəbdə polis araşdırma aparır”.

Qeyd edək ki, sözügedən məktəbin direktoru AzTV-nin keçmiş prezidenti, sabiq millət vəkili Nizami Xudiyevin əmisi oğlu Füzuli Xudiyevdir.