Bakıdan yola düşəcək bütün reyslər təxirə salındı

bakidan-yola-dusecek-butun-reysler-texire-salindi
Oxunma sayı: 668

Bu barədə cümə axşamı Trend-ə Aeroportdan məlumat verilib.

Baxmayaraq ki, reyslərin heç biri ləğv edilməyib, bütün reyslərin Bakıdan yola düşməsi təxirə salınıb.

Həmçinin saat 05:40-da Tehrandan Bakıya gəlməli olan J2 006 reysinin gəlişi saat 12:00-dək təxirə salınıb.

Naxçıvandan saat 02:55-də Bakıya gəlməli olan J2 258 reysi isə eniş edə bilməyib və geri qayıtmalı olub. Bu reysin gəlişi saat 09:00-dək təxirə salınıb.