Bakının mərkəzində “El-çi-bəy” şüarı - Fotosessiya

bakinin-merkezinde-el-ci-bey-suari-fotosessiya
Oxunma sayı: 695

“Qafqazinfo”nun məlumatına görə, Hüseyn Sarabiski adına Mədəniyyət Evində keçirilən qurultaya ölkənin müxtəlif siyasi qurumlarının nümayəndələri qatılıb. Qurultay öz işinə cəbhəçilərin “El-çi-bəy” şarı ilə başlayıb. Qeyd edək ki, bu gün həm də eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür. KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək partiya üzvlərini, qurultay nümayəndələrini ali toplantı münasibəti ilə təbrik edib. O bildirib ki, artıq neçə ildir ki, Elçibəyin doğum günü Türklük Günü kimi qeyd olunur və bu gün KXCP-nin bir qrup nümayəndəsi Ordubadın Kələki kəndindədir.

M. Mirəlioğlu KXCP-nin qurultaya hazırlıq dövrü, qarşılaşdığı maneələr barədə də qısa məlumat verib. Sonra qurultayı qonaqları təbrik çıxışları ediblər. Keçmiş millət vəkili Pənah Hüseyn bildirib ki, bəzi hallarda ayrı-ayrı şəxslər Azərbaycan üçün ideologiya axtarışına çıxırlar: “Amma bizim yeni bir ideologiyaya ehtiyacımız yoxdur. Rəsulzadə-Elçibəy yolu bizim Milli ideologiyamızdır”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə Azərbaycanın problemlərinə toxunub və bildirib ki, bu problemləri heç bir partiya ayrılıqda həll edə bilməz. O bütün partiyaların bir araya gəlməsinin zəruri olduğunu qeyd edib.

Qurultayda qonaq qismində Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər, AMİP, QAT, DAK, Aydınlar Partiyası və digər siyasi qurumların təmsilçiləri iştirak ediblər. Qurultayı ATƏT-in nümayəndəsi də izləyib.

KXCP-nin təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib ki, partiyanın 60 rayon təşkilatından 323 qurultay nümayəndəsi seçilib və 311-i toplantıda iştirak edir.

Qeyd edək ki, qurultay günün sonuna kimi davam edəcək və KXCP-nin rəhbərliyinə seçkilər keçiriləcək.