Bakıya güclü qar yağıb

bakiya-guclu-qar-yagib
Oxunma sayı: 683

Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəldən başlayan və arabir yağan qar nəhayət ki, qartopu oynaya bilinəcək qədərdir. Doğrudur, qar paytaxtın bir sıra infrastrukturlarını – xüsusilə də yollarına ciddi problem yaradır. Buna baxmayaraq, paytaxt əhalisinin, gənclərin qartopu oynamaqla bu günlərini şən keçirmələrini tövsiyə edirik.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə isə bu hava şəraiti yanvarın 29-nadək davam edəcək. Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.