BAXCP vəkilləri müdafiə edir

baxcp-vekilleri-mudafie-edir
Oxunma sayı: 648

Son vaxtlar ölkədə vəkillərə qarşı aparılan kapmaniya ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı bu kampaniyaya etirazını bildirir. “Qafqazinfo”nun məlumatına görə, N.Orduxanlı vəkillərin təqib olunması prosesini qəbul edilən hal olmadığını deyir: “Cəmiyyətdə vəkillər institutunu inkişaf etdirmək lazımdır. Vəkillər Kollegiyasının madddi-texniki bazasını yaxşılaşdırmaq üçün dövlət yardım etməlidir, vəkillər kollegiyanın üzvülərinin sayını artırmaq lazımdır”.
Niyaməddin Orduxanlı bilridib ki, bu gün Avropada Azərbaycan dövləti adambaşına düşən vəkillərin sayına görə axırıncı yerlərdədir. BAXCP yetkilisi hesab edir ki, məhkəmə çəkişməsində tutduğu mövqeyə görə vəkillərə qarşı mövqeyə son qoyulmalıdır. “Yalnız güclü vəkillər olduğu təqdirdə ədalətli hüquqi mühakimələrdən söhbət gedə bilər”,- deyə partiya funksioneri bildirib.