Bu qarşılaşmalar arasında azərbaycanlı futbolsevərləri yaxından maraqlandıran bir qarşılaşma da vardı. Bu, qardaş Türkiyənin “Beşiktaş” klubunun İsrail “Maccabi”si ilə oyunuydu. Təl-Əviv təmsilçisi “Xəzər Lənkəran”ı bu turnirdən kənarlaşdırdığından, hamımız “qara qartal”ın layiqli qisas almasını gözləyirdik. Türkiyə təmsilçisi sərgilədiyi oyunla həm "Xəzər Lənkəran"ın qisasını almış oldu, həm də gərgin münasibətlərdə olduğu İsrailə bir növ ölkəsinin gücünü göstərdi.
“Qarabağ”ın yolunu kəsən Belçika “Brugge”si isə doğma meydanda “Maribor”la qarşılaşdı və 2 cavabsız qolla qələbə qazandı. Gecənin iki görüşündə hesab açılmadı. Almaniyada "Hannover"lə "Standard", Rumıniyada isə "Steaua" ilə "Schalke" meydanı qol vurmadan tərk etdi. Qalan bütün görüşlərdə isə azarkeşlər qol görə bildilər.
Əsas sensasiyalardan biri İngiltərənin "Birmingham" klubunun evdə "Braga"ya ağır məğlubiyyəti sayıla bilər. Bundan əlavə "Metallist" səfərdə məğlub olduğu "Austria" üzərində əzmkar qələbəsiylə diqqət çəkdi. "Lazion"un evdə "Vasuli"a məğlubiyyətdən son anda yaxa qurtarması da xüsusi qeyd oluna bilər.
Baş tutan bütün qarşılaşmaların nəticələri və vurulan qollarla aşağıda tanış ola bilərsiz.
Avropa Liqası
15 sentyabr
A qrupu
PAOK (Yunanıstan) - Tottenham (İngiltərə) - 0:0 (0:0)
Shamrock Rovers (İrlandiya) - Rubin (Rusiya) - 0:3 (0:1)
Qollar: Martins, 3, Noboa, 50, Gökdeniz, 60.
Matçın 36-cı dəqiqəsində qonaqların oyunçusu Valdes penaltidən yararlana bilməyib
B qrupu
Copenhagen (Danimarka) - Vorskla (Ukrayna) - 1:0 (0:0)
Qol: Nordstrand, 54.
Hannover (Almaniya) – Standard (Belçika) - 0:0 (0:0)
C qrupu
Hapoel (Təl-Əviv, İsrail) - Rapid (Rumıniya) - 0:1 (0:0)
Qol: Herea, 55.
PSV (Hollandiya) - Legia (Polşa) - 1:0 (1:0)
Qol: Mertens, 21.
D qrupu
Lazio (İtaliya) – Vaslui (Rumıniya) - 2:2 (1:0)
Qollar: Sisse, 35-pen, Skulli, 71 - Uesli, 59; 63-pen.
Zurich (İsveçrə) - Sporting (Portuqaliya) - 0:2 (0:2)
Qollar: İnsua, 4, Volvsvinkel, 21.
E qrupu
Beşiktaş (Türkiyə) - Maccabi (Təl-Əviv, İsrail) - 5:1 (2:0)
Qollar: Almeyda, 3; 28, Aurelio, 50, Egemen, 53, Edu, 88 - Kehat, 49.
Dinamo (Kiyev) - Stoke City (İngiltərə) - 1:1 (0:0)
Qollar: Vukoyeviç, 90+1 - Jerom, 55.
F qrupu
PSG (Fransa) – Salzburg (Avstriya) - 3:1 (2:0)
Qollar: Nene, 35-pen, Bodmer, 44, Menes, 67 - Şyemer, 87.
Slovan (Slovakiya) - Athletic (İspaniya) - 1:2 (1:2)
Qollar: Quede, 34 - Susaeta, 13, Muniayn, 40.
G qrupu
Austria (Avstriya) – Metallist (Ukrayna) - 1:2 (1:0)
Qollar: Yun, 7 - Queye, 56, Kleyton, 79-pen.
Alkmaar (Hollandiya) - Malmo (İsveç) - 4:1 (3:0)
Qollar: Altidor, 21, Elm, 33, Maher, 39, Holman, 49 - Larsson, 72-pen.
H qrupu
Birmingham (İngiltərə) – Braga (Portuqaliya) - 1:3 (0:1)
Qollar: Kinq, 71 - Barbosa, 7; 88, Lima, 59.
Brugge (Belçika) – Maribor (Sloveniya) - 2:0 (2:0)
Qollar: Ocica, 7, Dirar, 24.
I qrupu
Atletico (İspaniya) – Celtic (Şotlandiya) - 2:0 (1:0)
Qollar: Falkao, 3, Dieqo, 68.
Udinese (İtaliya) – Rennes (Fransa) - 2:1 (1:1)
Qollar: Di Natale, 39, Armero, 83 - Haci, 19.
J qrupu
Maccabi (Hayfa, İsrail) - AEK (Kipr) - 1:0 (0:0)
Qol: Qadir, 54.
Steaua (Rumıniya) – Schalke (Almaniya) - 0:0 (0:0)
K qrupu
Fulham (İngiltərə) - Twente (Hollandiya) - 1:1 (1:1)
Qollar: Conson, 19 - De Yonq, 41.
Wisla (Polşa) – Odense (Danimarka) - 1:3 (0:1)
Qollar: Kirm, 54 - Yohansson, 36, Utaka, 80, Falk, 90+2.
L qrupu
Anderlecht (Belçika) - AEK (Yunanıstan) - 4:1 (3:1)
Qollar: Suares, 16; 40 84, Yovanoviç, 33 - Leonardo, 36.
Sturm Graz (Avstriya) - Lokomotiv (Moskva, Rusiya) - 1:2 (1:2)
Qollar: Sobiç, 14 - Obinna, 28, Siçov, 29.