Biləsuvardakı hadisənin “qəhrəmanı” danışdı - Foto

bilesuvardaki-hadisenin-qehremani-danisdi-foto
Oxunma sayı: 689

Biləsuvarda 3 gün əvvəl baş verən namus cinayəti bütün eşidənləri dəhşətə gətirib. Evdə qardaşının həyat yoldaşını başqa kişi ilə tutan şəxs ağır cinayət törədib. O, oğlanın cinsi orqanını kəsib.

Ancaq zərərçəkən şəxs həmin tükürpədən cinayətin başqa biri tərəfindən törədildiyini iddia edir. “Qafqazinfo”nun məlumatına görə, Loğman Babayev hadisəni "Xezerxeber.com"a danışıb.

3 gün əvvəl Biləsuvarda baş verən dəhşətli namus cinayəti bütün eşidənləri şoka salıb. Rayonun Ağalı kəndində Ruslan Mehrəliyev qardaşı arvadından şübhələndiyi üçün onu izləyib. Qadın evində rayon sakini Loğman Babayev adlı şəxslə görüşərkən onun qardaşı və qayınları evə daxil olublar.

Loğman Babayevi evdə Ruslan və onunla bərabər olan digər qohumları təxminən 3 saata yaxın döyüblər. Daha dəhşətlisi sonda olub. Onlar Loğmanın cinsi orqanını kəsiblər. Dəhşətli hadisə ilə bağlı polisə məlumat verilib. Əraziyə gələn təcili yardım maşını isə Loğmanı xəstəxanaya aparıblar. Ancaq o, çox qan itirdiyindən onu Bakıdakı özəl xəstəxanalardan birinə gətiriblər və dərhal əməliyyat olunub. Vəziyyəti ağır olan Loğmanın sözlərinə görə onun, adını çəkmədiymiz qadınla tanışlığı bir neçə ay bundan əvvəl olub. Hadisəni dəhşətlə xatırlayan Loğmanın həmin vaxt onu döyənlərə cinsi orqanını kəsməməyi xahiş edib. O, hətta buna görə öldürülməyini də istəyib. Hadisə ilə bağlı yayılan məlumatlarda bunun Ruslan tərəfindən törədildiyi deyilsə də, zərərçəkən şəxs hadisəni qadının qardaşı tərəfindən törətdildiyini iddia edir. Hər halda hadisə ilə bağlı cinayət işi başlanıb.

Fakta görə Biləsuvar polisi hələ ki, bir nəfəri saxlayıb.

Həmin məlumatı geniş şəkildə buradan oxuya bilərsiniz