Bir ailənin faciəsi - İki ölü, iki yaralı

bir-ailenin-faciesi-iki-olu-iki-yarali
Oxunma sayı: 633

“Qafqazinfo”nun FHN-in rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü - 1948-ci il təvəllüdlü Habil Mustafa oğlu Ağakişiyev və oğlu 1976-cı il təvəllüdlü Asəf Habil oğlu Ağakişiyev hadisə yerində ölüb, 2 nəfər sərnişin xəsarət alıb.

A.Ağakişiyevin cəsədi və yaralılar yanğınsöndürən-xilasedicilər çatana qədər götürülüb və aidiyyəti üzrə aparılıb. H.Ağakişiyevin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.