BMT FİFA-ya başörtüyü ilə bağlı müraciət etdi

bmt-fifa-ya-basortuyu-ile-bagli-muraciet-etdi
Oxunma sayı: 674

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, BMT müsəlman idmançı qadınların müsabiqələrdə başörtüyü ilə iştirak etməsinə icazə verilməsi məqsədilə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) müraciət edib.

BMT-nin açıqlamasında Baş katib Ban Ki-Munun idman işləri üzrə müşaviri Vilfred Lemkenin FİFA-nın Baş katibi Zepp Blatterə mövzu ilə bağlı məktubla müraciət etdiyi bildirilib.

Məktubda futbolda iştirak etmək xüsusunda hər bir kəsin bərabər hüquqa sahib olmasını təmin etmənin FİFA-nın məsuliyyət sahəsinə aid olduğu vurğulanıb. Xəbərdə FİFA-nın mart ayının 3-də İngiltərədə keçiriləcək növbəti toplantısında 2007-ci ildə qəbul edilən qadağanın ləğvini nəzərdə tutan qanun layihənin müzakirə ediləcəyi bildirilib.

Toplantıda başörtüyünə icazə verilməsini nəzərdə tutan təklif FİFA-nın Baş katibinin köməkçisi İordaniya şahzadəsi Əli tərəfindən təqdim ediləcək.