BQXK Azərbaycan əsgərinin əsir götürülməsi xəbərini təsdiqlədi

bqxk-azerbaycan-esgerinin-esir-goturulmesi-xeberini-tesdiqledi
Oxunma sayı: 648

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın ANS PRESS-ə verdiyi məlumata görə, qurumun Xankəndi ofisinə Dağlıq Qarabağın “de-fakto” hakimiyyət orqanları tərəfindən bir Azərbaycan əsgərinin əsir götürüldüyü barədə məlumat verilib.

"Mümkün olan kimi BQXK əsgərə baş çəkəcək", deyə ANS PRESS-ə bildirilib.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin serjantı, 1990-cı il təvəllüdlü Lənkəran rayon sakini Axundzadə Məmmədbağır Talıb oğlunun Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Yuxarı Çaylı kəndi yaxınlığında əsir götürülməsi barədə məlumat yayıb. Məlumatı Ermənistan KİV Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən yayıblar. Məlumata görə, hadisə yanvarın 23-də saat 15.25-də baş verib.

Ermənistan tərəfinin məlumatına görə, əsir götürülən şəxsin üzərində hərbi bilet olub.

Azərbaycanın Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı.