“Bu, doğma atamın meyiti idi” – III hissə

bu-dogma-atamin-meyiti-idi-iii-hisse
Oxunma sayı: 1262

Tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı Soyqırımı” kitabı nəşr edilib. “Qafqazinfo” mövzunun aktuallığını, hadisələrə yanaşma tərzinin fərqliliyini nəzərə alaraq kitabın bir hissəsini oxuculara təqdim edir:

Əvvəli BURADA

“ATAMI, ANAMI, QARDAŞIMI, QOCA NƏNƏMİ ERMƏNİLƏR ÖLDÜRDÜ”

Bəxtiyar ağrıdan qıvrılır, əzab çəkir. Kəsilən sağ ayağının ağrısı onu haldan salır. Ağrını özündən uzaqlaş-dırmaq üçün tez-tez əlləri ilə dəmirdən möhkəm yapışır, sıxır. Bəxtiyar şikəst ayağının ağrısını bu üsulla sakitləş-dirsə də, içəri dərdinin göynərtisini saxlaya bilmir. Sağ qa-lan körpə uşaqlarının taleyindən isə xəbərsizdir. Bəxtiyar ağrı içində o dəhşətli hadisəni xatırlayır:

- Fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya girdilər. Qarşılarına nə çıxırdısa ağır texnikanın köməyi ilə vurub dağıdır, yandırırdılar. Məcbur olub postları tərk etdik. Hər vasitə ilə çalışırdıq ki, camaatı xəlvəti yolla Ağ-dama çatdıraq. Adamları bir dərəyə toplayıb bir-bir təhlü-kədən qurtarmağa başladıq. Yüzə qədər adamı güllənin altından sağ çıxardıq. Amma ölənlərin sayı da çox idi. Bir də ətrafıma baxanda gördüm ki, hamı gedib, tək qalmışam. Hiss etdim ki, mühasirədəyəm. Bu vaxt bir nəfər erməni azərbaycanca qışqırdı ki, çıx, təslim ol, səni öldürməyəcəyik. Ermənini səsindən tanıdım. Karo idi. O da məni tanıyırdı. Çoxdan ədavətimiz vardı. Məni şübhəsiz ki, sağ buraxmazdı. Odur ki, atışmağa başladım. 3 minə kimi patronum vardı. Yarğan tərəfdə yenə başladım vuruşmağa. 8 saata kimi döyüşdüm. Axşam yarğanla sürünüb armud ağacının yanına getdim. "Noçnoye videniye" ilə məni gördülər. 20 metrə kimi süründüm. Qəfildən ayağımın isindiyini hiss etdim. Hərəkətsiz halda qarın üstünə uzandım. 6-7 erməni öldüyümü bilib hazırlıqsız halda mənə tərəf gəlirdilər. Yaxşı ki, silah əlimdə hazır vəziyyətdə idi. Qəfildən çevrilib avtomatla onlara atəş açdım. Onları öldürdükdən sonra sürünməyə başladım. 20 kilometrə kimi süründüm. Bu vaxt qar üzərində qaraltı gördüm. Aclıq və soyuq taqətimi kəssə də qaraltıya tərəf sürünürdüm. Ona çatanda dəhşətdən donub qaldım: bu, doğma atamın meyidi idi. Acı-acı ağladım atamın ölümünə. Qaçanda ermənilər onu vurub öldürmüşdü. Qəribə hal keçirirdim. Nə edəcəyimi bilmirdim. Ermənilər məni görə bilərdilər. Qarşıdakı meşəyə sürünmək lazım idi. Amma atamın meydini necə qoyub gedim? Basdırmaq imkanı olsaydı, bir az arxayınlaşardım. Çətinliklə də olsa atamın meydindən ayrılıb meşəyə tərəf süründüm. Meşədə Elman müəllimgillə rastlaşdım. Onlar da bir yol axtarır, çıxa bilmirdilər. Axır ki, meşədən çıxmağa başladılar. Təbii ki, məni özləri ilə apara bilməzdilər. Mənə qumbara verib getdilər. Yenə sürünməyə başladım. Gəlib bir qaz borusuna çatdım. Elə həmin andaca huş məni apardı. Nə qədər huşa getdiyimi bilmirəm. Gözümü açanda bir qaraltının mənə tərəf gəldiyini gördüm. Tez qumbaranı çıxarıb ona atdım. Həmin adam öldü. Bildim ki, o erməniymiş. Bir müddət keçəndən sonra öz uşaqlarımız gəlib məni tapdı. Əvvəl Ağdama, ordan da Bakıya gətirib parçalanmış ayağımı kəsdilər. İndi bilmirəm ki, yaşayışım necə olacaq, şikəst ayaqla nə edəcəyəm! Şikəst ayaqla bir də necə ev quracağam? Doğmalarımın faciəli ölümünə necə dözəcəyəm?

Bəxtiyar ümidsiz bir halda danışır. Və hərdən də donuq baxışlarıyla dizdən kəsilmiş ayağına baxır. Həyat yoldaşı isə bayaqdan ağlayır, göz yaşı tökür. İçin-için ağlayır, bu xocalılı bacım. Elə ağlayır ki, ömür-gün yoldaşı Bəxtiyar görməsin. Özü azmı dərd içindən alovlanıb yanır? Üç balasından nigaran ana göz yaşına bürünmüş halda şikəstlik əzabında qovrulan igid Bəxtiyarına baxır. Atasız, ana-sız, qardaşsız, ayaqsız, yurdsuz qalan tale yoldaşına baxır!

Çətinliklə də olsa Bəxtiyardan ayrılıram. Palatalar-dan, cərrahiyyə otaqlarından inilti və fəryad eşidilir. Ki-minsə ayağı, əli kəsilir, kiminsə bədənindən güllə çıxarılır, kimsə aldığı yaradan xilas yolu tapmayıb dünyasını dəyişir.

ŞİKƏST ANALAR, ŞİKƏST BACILAR


Bakı şəhər Təcili Yardım xəstəxanasında Xocalının ən ağır yaralıları yatır. Burda yatanlardan çoxunun günlərlə meşədə qaldığından ayaqlarını şaxta vurub. Qaralmış, donmuş ayaqları isə həkimlər yalnız kəsməklə müalicə edirlər.

Xəstəxana çarpayılarında şikəst xocalılar əzab çəkir, dərddən qovrulur. Ağır da olsa palataların qapısını açıb şikəst kişilərin, qadınların, qızların halını soruşuram. Amma bu qapı mənə görə dünyanın ən çətin açılan ağır qapısı oldu. Hətta mənə elə gəldi ki, qapı açılmaq istəmir. Dərdlərin, fəryad və nalələrin ağırlığı çöküb qapıya. Və indi qapı o dərdli adamların ağırısına dözə bilməyəcəyindən açılmaq istəmir.
Amma çətinliklə də olsa qapını açıb içəri girirəm. Dərdli adamların dərdini dinləyirəm.

Abdullayeva Sənəm. 29 yaşlı. Hər iki ayağının barmaqları kəsilib. IV dərəcəli əlildir.
- Yoldaşım milli orduda idi. Hadisə başlayanda, təxminən saat 11-də qorxudan girdik quyuya. Gecə saat ikiyə kimi qaldıq orda. Atışmanın dayanmadığını görüb quyudan çıxdıq. Başıaçıq, ayaqyalın meşəyə qaçdıq. Tələsdiyimizdən isti pal-paltar da götürə bilməmişdik. Dədəmin əlində bir tək lülə vardı. İməkləyə-iməkləyə getdik qayanın dibinə. Nənəm balaca uşaqları arxasına şəlləmişdi ki, güllə dəyməsin. Dörd-beş saat gedəndən sonra hamımız yorulub əldən düşdük. Hərəkət etməyə halımız yox idi. Min bir çətinliklə ocaq qaladıq. Qəfildən gördüm ki, nənəm yerə uzanıb öz-özünə sayıqlayır: "Balalarımı yandırırlar, balalarımı yandırırlar, qoymayın, balalarımı yandırırlar". Nənəm can verirdi. Az keçməmiş yazıq arvad keçindi (Sənəm bacı hönkürtü ilə ağlayır). Sonra çətinliklə nənəmin meyidindən ayrıldıq. Bir gün yol getdik. Qorxu içində, soyuqdan donmuş halda gedirdik. Növbəti dəfə oturub dincələndə dədəm yerə uzandı. Elə bildik ki, yorulub yatır. Bir müddət fikir vermədik. Birdən ürəyimə nə isə damdı. Dədəmi silkələdim. Tərpənmirdi. Dəhşət içində başa düşdüm ki, ölüb... Dədəmin də meyidini soyuq və qarlı torpaqda qoyub yolumuza davam etdik. Birdən ermənilər hər yandan üstümüzə töküldülər. Paltarlarımızı, sırğalarımızı dartıb aldılar. Dörd yaşlı qızımın qulağında sırğa vardı. Erməni əlindəki bıçaqla onun da sırğalarını kəsib götürdü. (Qızım o vaxtdan, o əli bıçaqlı ermənini görəndən qorxu keçirir. Çünki zavallı uşaq elə bildi ki, erməni bıçaqla onun başını kəsəcək). Üstümdə on min manat pul vardı. O pulları da bizdən aldılar. Sonra bizi traktora mindirib Pircamallı kəndinə gətirdilər. Bir gün orda qalandan sonra bizi Xankəndinə apardılar. Yolda Vəliyəddin adlı bir oğlanın qolunu burub qırdılar. Xankəndində təpiklə vururdular bizi. İsa adında bir kişi gedib əvəzimizdən döşəməni yuyurdu. Bir erməni tez-tez bizə deyirdi ki, sizə iynə vuracaqlar. Hamımız qorxu içində yaşayırdıq. Tez-tez orda qulağı sırğalı zənciyə oxşayan adamlar görürdük. Öyrəndik ki, onlar xarici ermənilərdir. Hamısı hündürboylu, əjdaha kimi idilər. Bizə çox əzab verirdilər. Uşağım acından ağlayırdı. Yerli bir qoca erməni gözətçilərə deyirdi: o uşağa çörək verməyin. Qoyun acından ölsün. Qoca erməni elə nifrət bəsləyirdi ki, bizə. Xankəndində bir müddət qaldıqdan sonra bizi gətirdilər Əsgərana. Orda isə girov ermənilərlə dəyişib Ağdama gətirdilər. Elə o vaxtdan qızım Vüsalə həmişə gecələr qorxudan qışqırır: "Erməni məni öldürür, erməni məni öldürür". O faciədən sonra bizi müalicə üçün Bakıya gətirdilər. Bakıda öyrəndim ki, başımıza daha hansı müsibətlər gətirilib. Bibimdən və üç oğlundan hələ heç bir xəbər tutmamışıq. Əmim də, oğlu da öldürülüb. Xalam oğlu öldürülüb. Bacım Xədicənin iki ayağı topuqdan kəsilib. Heç iyimi üç yaşı tamam olmamışdı. Yaxın qohumlarımın sağ qaldığını, yaxud da öldürüldüyünü bilmirəm. Qohumlarımın adı: l.Kifayət, 2.Əhmədov Eldar, 3.Əhmədov Rafiq, 4.Əliyev Rüfət, 5.Qarayev Usubəli, 6.Əhmədova Durna, 7.Əhmədova Sürəyya, 8.Əliyeva Çi-çək, 9.Cabbarov Azad.

Sənəm bacı hadisəni göz yaşı içində danışır. Soraqladığı adamların da adını qəhərdən boğula-boğula deyir. Sənəm bacı anasının, atasının soyuq çöllərdə qalan meyidlərindən də xəbərsizdir, nigarandır. Görəsən, doğmalarının meyidini gətirib torpağa basdıran olacaqmı? Sənəm bacı həm də öz acı taleyinin ağrısına bürünüb: şikəst ayaqları imkan verəcəkmi ki, biçarə övladlarını böyüdüb başa çatdırsın. O, ağrı içindədir, nigarançılıq ağrısında, şikəstlik ağrısında.

Gözünün yaşı dayanmayan, axıb yanaqlarına, xəstə-xana mələfəsinə tökülən Sənəm bacının ağrılarını dinləyəndə birdən yaxınlıqdakı çarpayıda uzanmış balaca qız uşağı ağlaya-ağlaya, hirslə başını yolmağa başladı. Sənəm bacı hönkürtü içində dedi: - Qızım Vüsalədir. Hər iki ayağının barmaqları kəsilib. İndi hirsindən saçını yolur...

YAZIQ VÜSALƏ!


Sənə baxıram, balaca Vüsalə, sənə! Hirsindən hıçqıra-hıçqıra ağlayırsan! Acı göz yaşların sellər, sular kimi axır. Gör hansı əzabları çəkibsən bu dörd illik ömründə. Dörd yaş ömrün hansı çağıdır ki, axı? İndi sənin qaçıb oynayan, deyib gülən vaxtındır. İndi yaşıdlarınla sevinib, şadlanıb şer söyləyən, mahnı oxuyan vaxtındır. Sən indi qayğısız, kədərsiz, qəmsiz bir ömür yaşamalı idin! Dörd yaş ömrün hansı vaxtıdır ki, axı, belə üzüntülü qəmlə yüklənibsən! Sənin indi dərd çəkən vaxtındırmı, Vüsalə! İndi yaz çağıdır, güllərin, çiçəklərin min bir ətir qoxuyan zamanıdır. Quşların xoş nəğmələri hər yanı bürüyüb. Sən isə bu gözəlliklərdən məhrumsan! Çölə dartınırsan, oynamaq, demək, gülmək istəyirsən. Amma bacarmırsan. Hər iki ayağının şikəstlik sarğısına bürünüb. Ona görə də hirsindən saçlarını yolursan. Başın da keçəlləşib. Dözə bilmirsən dərdə, Vüsalə! Amma sağalacaqsan, böyüyəcəksən, ümid, inam verirəm sənə, Vüsalə! Bir də əlimdən nə gəlir ki, axı! Amma daha ağlama, Vüsalə, saçlarını da yolma! Axı anan yazıqdır, əzab çəkir! Sən qatilin, zalım erməninin zülmünə uğramısan! Sənin ahın, körpə nalən o kafir ermənini zülmə, sağalmaz dərdə düçar edəcək! Gəl indi ayrılaq, amma ağ-lama, saçını da yolma, Vüsalə! Anan yazıqdır!

ON İKİ GÜN MEŞƏDƏ


Xocalı hadisəsində qadınlarımız əsil mərdlik, mübarizlik, Həcər qeyrəti göstərdilər. Düşmən əlinə keçməmək-dən ötrü günlərlə qarlı, buzlu meşələrdə ac- susuz, haldan düşüb soyuq torpağın üstündə qaldılar. Aclıq ac qılıncını başları üstündə oynatdığı zaman dözüb ağac qabığı yedilər, qar yedilər. Belə etdilər ki, az da olsa qüvvətə gəlib yağı düşmənə, xain erməniyə sinə gərə bilsinlər. Erməniyə təslim olmaqdansa soyuq meşələrdə donub ölməyi üstün tutdular. On iki günün o dəhşətli anlarında ümidlərini də itirmədilər. İnanırdılar ki, onları bu məhrumiyyətlərdən qurtaran tapılacaq. Hərdən göyün lap yüksəkliyindən vertolyotlar uçanda ürəklərində qəribə bir ümid qığılcımı alovlanırdı: Bəlkə bizimkilərdir! Bəlkə bizi axtarırlar! Ola bilməz ki, axı, bizi yaddan çıxarsınlar. Beləcə ümid işığı on-ları tərk etmirdi. Amma neçə dəfə qəribə təsadüf onları ölümdən - erməni əlinə düşmək təhlükəsindən xilas etmiş-di. Əli avtomatlı ermənilər qar kimi ağ paltar geyinib meşələri gəzir, biçarə xocalıları axtarırdılar. Kolun-kosun arasına girib çətinliklə də olsa gizlənirdilər. Gecələr isə tez-tez erməni kimi quduz, ac yalquzaqlar üstlərinə hücum çəkirdilər. Yenə təsadüflər onları xilas edir, qoruyurdu. Beləcə günlər ötür, onlar sanki soyuq meşənin daimi sakininə çevrilirdilər. Meşədən çıxmağa isə cəhd göstərmişdilər. Amma hər dəfə erməniləri görüb geri qayıtmışdılar. Hətta bir neçə dəfə xain və qatil ermənilər onları qəsdən azərbaycanca səsləyib demişdilər: "biz azərbaycanlıyıq, qorxmayın, hardasınız?" Yalandan, yalandan onları çağırmışdı ermənilər. Onların bu yalan çağırışına aldanıb gedən də olmuşdu, getməyən də.

On iki gün bu qadınlar meşədə qalıb, iztirablı anlar keçiriblər. On iki günün soyuğu, şaxtası onlara çox müsibətlər, bəlalar gətirib.

Qasımova Ayna. 51 yaşlı. İki ayağını da şaxta don-durub. - On iki gün meşədə qaldıq. İşgəncələr çəkdik o on iki gündə. Yediyimiz ağac və itburnu qabığı idi. Tez-tez qar da yeyirdik. Gecələr yaman vahiməli və qorxulu keçirdi. Bizi Allah saxlayırdı təhlükələrdən. On iki gündən sonra min bir zülmlə gəlib çıxdıq Yaqubun postuna. Ordan Ağdama gətirdilər. Ağdamda nə qədər çalışdılarsa ayaqqabılarımızı ayağımızdan çıxara bilmədilər. Ayaqlarımız tamam donmuşdu. Sonra ayaqqabılarımızı bıçaqla kəsdilər. Vəziyyətimiz çox ağır idi. Ağdamda sistem qoyub Bakıya müalicəyə göndərdilər.

Sona Əliyeva. Ayaqlarını don vurub. Barmaqlarını kəsiblər. On iki gün meşədə qalıb. - Yoldaşımı elə Xocalının özündə ermənilər güllə ilə vurub ağır yaralamışdılar. Yolu gedə bilmirdi. Heç getmək də istəmirdi. Deyirdi siz çıxıb gedin, mənimlə işiniz yoxdur. Çətinliklə də olsa həyat yoldaşımı da götürüb meşəyə getdik. Düz üç gün yazıq kişi yaradan əzab çəkdi, qıvrıldı ağrıdan. Dördüncü gün keçindi. Can verəndə tez-tez su istəyirdi. Mən qar verirdim, o su istəyirdi. Son nəfəsində dedi ki, əlini sal cibimə, pasportu, pulu götür. Ürəyim gəlmədi pasportunu çıxaram. Pulu da götürmədim. O pul boğazım-dan keçərdimi heç? Yazıq Malik əzab içində canını tapşırdı. Bir gödəkçəsi vardı, atdıq üstünə. Sonra nə edəcəyimizi bilmədik. Ömür-gün yoldaşımı bu vəziyyətdə qoyub necə gedəydim? Yenə bir yerdə torpağa basdırsaydım, az da olsa rahatlanardım. Amma bura təhlükəli yer idi və biz uzaqlaşmalıydıq. Ömür-gün yoldaşımdan ağrı içində ayrıldım. Yazıq tez-tez deyirdi ki, sən özünü qoru, sağ qal ki, uşaq-ları başsız qoymayasan. Yazıq üç uşağım atasız qalmışdı. Öz taleyim isə hələ naməlum idi. Bilinmirdi ki, qarşıda necə hadisələrlə üzləşəcəm. Yoldaşımdan sonra daha səkkiz gün meşədə qaldıq. Qar yeyirdik, itburnunun qabığını yeyirdik. Məşəqqətli günlər yaşayırdıq. Yenə Allaha şükür ki, erməni əlinə keçmədik, gəlib çıxdıq Ağdama. Hər iki ayağımı şaxta vurub. Ayaq barmaqlarımı kəsiblər.

Bu altmış iki yaşlı kişinin aqibəti də acınacaqlı olub. O yalnız soyuq və buzlu meşənin məşəqqətlərini yaşamayıb. Bu əzab ilə yanaşı erməni əsirliyində də işgəncə çəkib. İndi isə xəstəxanada müalicə olunur.

Talıbov Səməd. 62 yaşlı. Hər iki ayağını şaxta vurub. - Fevralın 25-dən 26-na keçən gecə ermənilər qəflətən evlərimizi atəşə tutdular. Özü də hara atırdılarsa od tutub yanırdı. Adamlar qorxudan baş götürüb gecənin qaranlığında hara gəldi qaçırdı. Biz də bir dəstə adamla meşəyə qaçdıq. 120-130-a qədər adamla Kətiyin soyuq meşəsində qaldıq. Adamların çoxu ayaqyalın, başıaçıq idi. Çoxu yuxudan yarımçıq durub qaçmışdı. Bir müddət meşədə qaldıqdan sonra Haray kəndinə tərəf hərəkət etdik. Gördük bir dəstə adam gəlir. Dedilər ki, getməyin, orda hamını qırırlar. Yenə qayıtdıq meşəyə. Böyüklər soyuğa, şaxtaya, aclığa dözə bilirdilər. Amma uşaqlarla çox çətin idi. Ağlayıb qış-qırırdılar ki, çörək, çörək verin! Yazıq uşaqlar neyləsin? Aclığa necə dözəydilər? Üç gün ac, susuz qaldıq meşədə. Üçüncü gün Naxçıvanik istiqmətinə hetdik. Bir yoxuş vardı, oranı qalxmağa başladıq. Bir də gördük ki, ermənilər hər yandan bizi dövrəyə alıblar. Bizi döyə-döyə, təpikləyə-təpikləyə gətirib saldılar mal tövləsinə. Gördük ki, bizdən başqa 50 - 60 adam da var burda. Bir az keçmiş ermənilər içəri girib kişiləri, arvad-uşaqları avtomatın qundağı ilə vurub əzməyə, şil-küt etməyə başladılar. Sonra qadınların, qızların pulunu, qızılını aldılar. Bir az keçmiş bir dəstə erməni içəri girib qışqırdı ki, kişilər hamısı ayrılıb arxamızca gəlsin. Bizi aparıb başqa bir tövləyə saldılar. Sonra bir neçəmizi çıxarıb həyətdə odun daşıtdırdılar. Odunluqdan az aralıda dörd-beş adamın meyidini gördük. Onları ermənilər güllələmişdi. Biz tövlədə olanda gözünü qan tutmuş bir cavan erməni dəstəsi ilə içəri girib bizi söyməyə, təhqir etməyə başladı. Sonra da hirslə qumbara çıxarıb bizə atmaq istədi. Əgər yanındakılar tez tərpənib mane olmasaydılar bizi çoxdan öldürmüşdü. Bir dəfə ermənilər yenə gəlib bizi təpikləyir, döyürdülər. Bir cavan məhsəti türkü vardı. O ya-zığı o qədər döydülər ki, axırda dözə bilməyib dedi: "İt oğlu, niyə məni döyürsən?" Ermənilərdən biri avtomatın bütün güllələrini boşaltdı oğlanın qarnına. Zülmkar idilər, yaman zülmkar idilər. Vuranda, döyəndə kimin hünəri vardı ki, səsini çıxarsın. Həmin saat güllələyərdilər. Ermənilər bizi döyəndə deyirdilər: "Axı niyə vaxtında burdan köçüb getməmisiniz? Biz rəhbərlərinizə üç gün qabaqdan xəbərdarlıq etmişdik". Girovluqda gördüyüm dəhşətləri heç zaman unutmayacağam. O üç gün üç il qədər ağır gəldi mənə. İndi yadıma düşəndə öz- özümə əsəbiləşirəm. Amma nə edim? Nə qədər cavan oğlanları güllələdilər, qadın-ların, qızların namusunu tapdaladılar...

Heç zaman donan əl, donan ayaq görməmişdim. Eşitmişdim ki, soyuqdan, şaxtadan insanın bədəni donur. Amma donmanın dəhşətli nəticəsindən xəbərsiz idim.

İndi ürəyim göynəyə-göynəyə Salmanın qaralmış ayaq barmaqlarına baxıram. Barmaqlar qapqara, kömür kimidir. Barmaqlar elədir, sanki əl vursan qopub düşəcək. O barmaqlar hərəkətdən düşüb daha, bir neçə günə həkimlər onu kəsəcəkdir.

Qasımov Salman. 15 yaşında. Hər iki ayağını şaxta dondurub. 12 gün meşədə qalıb. - Ermənilər Xocalıya girəndə hamımız qaçdıq meşəyə. Əvvəl 300-ə qədər adam idik. Gülablı tərəfə gedirdik. Orda ermənilər camaatın qa-bağını kəsdi. Atışmada Abdullanı öldürdülər. Adamlar qaçıb dağılışdılar. 11 adam qaldıq. Tofiqin də anası yanımız-da öldü. Mən paltomu onun üstünə saldım. Sonra mühasirədən çıxmaq üçün irəli getdik. Amma hara gedirdiksə ermənilərin əhatəsində olduğumuzu hiss edirdik. Yediyimiz də ancaq qar idi. Hamımız haldan düşmüşdük. Keçdiyimiz yerlərdə çoxlu meyid vardı.

Görüşdüyüm xocalıların hamısının acı taleyinə yanıram. Onları özümə ən yaxın, doğma adam bilirəm. Xocalılar hamısı sakit, köməksiz adam təsiri bağışlayır mənə. Amma Gülalı kişinin o yazıq görkəmini heç unuda bilmirəm. Gülalı kişiyə çəkilən dağ da ağır dağdır.

Mehralıyev Gülalı. 57 yaşında. Hər iki ayağını şaxta vurub. - Altı günə kimi meşədə qaldıq. Ac-susuz meşənin içində qızımla məşəqqətlər çəkdik. Gecə meşənin vahiməsi, soyuğu, şaxtası, daima gözlənilən erməni qorxusu yazıq qızımın bağrını yardı. Nakam bala dözə bilmə-di, keçindi [Gülalı kişi için-için ağlayır]. Qurumuş bir hal-da qızımın meyidinin yanında oturdum. Bədbəxt qızıma baxıb acı göz yaşı tökürdüm. Balamın iyirmi yaşı vardı. Səkkiz ay idi ki, toyu olmuşdu. Dişimnən, dırnağımdan yığıb qızıma cehiz almışdım, 12 min manatlıq mebel alıb, toyunu etmişdim. İndi yazıq balam torpağa döşənmişdi. Halsız, hərəkətsiz uzanmışdı. Zavallı qızımdan çətinliklə də olsa ayrıldım. Meşə ilə gedirdim. Şelli istiqamətinə üz tutmuşdum. Qəfildən aralıda erməniləri gördüm. Qaçıb girdim bir kötüyün içinə. Ermənilər xoşbəxtlikdən görmədilər məni. Bir müddət kötüyün içində qaldım. Qorxudan çıxa bilmirdim. Sonra min bir çətinliklə Ağdama gəlib çıxdım. Amma qızımın meyidindən nigaranam. Bircə meyidi gətirib basdırsaydım, rahatlanardım. Meyidin yeri yaxşı yadımdadır. Ora gedən kimi tapa bilərəm. Amma ora getmək mümkün olacaqmı?

Xəstəxanada ayağından şikəst olan, barmaqları kəsilən çoxlu Xocalı cavanları yatır. 13 yaş, 15 yaş, 16, yaş, 18 yaş... Ömrün şikəstlik adına uyğun olmayan bir işgəncəli dövrünü yaşayır bu cavanlar.

Qarayev Vüqar. 18 yaşında. Hər iki ayağını şaxta vurub. 6 gün meşədə qalıb. - Gecə saat 11-də evdən çıx-dıq. Meşədə çoxlu adam vardı. Uşaqlar ağlaşır, qışqırışırdılar. Arvadlar uşaqların ağzına dəsmal tıxayırdılar ki, səsləri eşidilməsin. Sonra ermənilər mühasirəyə alıb çoxunu girov tutdular. Babək adlı bir oğlan vardı. Yolu gedə bilmirdi, təngnəfəs olurdu. 3 kilometrə qədər onu mən apardım. Sonra qüvvəm çatmadı. Ayaqlarımı şaxta vurmuşdu. Bədənim heç elə bil ki, mənim deyildi. Düz iki gün sürünmüşəm. Mənə elə gəlirdi ki, erməninin üstünə gedirəm. Amma mənim üçün daha heç bir fərqi yox idi. Onsuz da tam haldan düşmüşəm. Xoşbəxtlikdən döyüşçülərimizin postuna gəlib çıxdım. Məni tez içəri aparıb çay-çörək verdilər...

Şikəst xocalılarla hər görüşə gedəndə qorxu hissi və qəribə həyəcan keçirirdim. Onların bu faciəsində nədənsə özümü günahkar sayırdım. Doğrudanmı biz bu faciədə günahkarıq? Onların dünyada insandan ötrü ən böyük fəlakət olan şikəstliyinə bais bizik? Bu doğrudurmu, həqiqətdirmi? Necə olur ki, onların bu fəlakətinə indi ağrıyır, yanıb alovlanırıq. Göz yaşı içində ürəyimiz hıçqıra-hıçqıra bu zavallıların acı taleyinin qəminə bürünürük. Hə, niyə məhz edirik bu "canıyananlığı"? Niyə indi xocalılara qardaş deyirik, bacı deyirik, ata anamız sayırıq? Bəs o qanlı faciədə harda idik? Meşənin soyuğunda, düzlərin palçığında, dağların qarında bu zavallılar vurnuxanda, həyatla ölüm arasında dayananda harda idik? Günlərlə kolun-kosun arasında yazıq xocalılar gizlənib ümid baxışlarıyla yollara boylananda niyə səsimiz çıxmırdı? Xocalılar danışır ki, on iki gün acsusuz meşələrdə qalıb donmuşuq. Bu on iki gündə on-ları xilas etməyə niyə cəhd göstərməmişik? Laqeydlik, biganəlik, soyuq ruhla yanaşmışıq xocalıların taleyinə. İnsanlar qırılandan, şikəstlik toruna düşəndən sonra göz yaşı axıdırıq, düşməni lənətləyirik. Düşmən düşməndir, söyməklə, döyməklə öz düşüncəsini dəyişməyəcək!

Erməni bütün əsrlər boyu türkə düşmən olub və çətin ki, ürəyindəki kini silib atsın. Çünki o kin-küdurət erməniyə ulu babalarından miras qalıb. Ermənidə türkə nifrət hissi bir günün, iki günün bitirdiyi hiss deyil, bu neçə əsrin qisas vulkanıdır ki, xain erməni onun püskürəcəyini səbirsizliklə gözləyir.

...İndi şikəst xocalıların acı taleyini gördükcə bu xəyanətkar varlıq haqqında - erməni haqqında yalnız bir sözü deyə bilirəm: Kafir! Erməni kafirdir! Kafiri isə ən böyük cəzalar gözləyir...

KAFİR ERMƏNİ!


Erməni kafirdir! Erməni zülmkardır! Erməni insan qanı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara döndərəndir! Kafir erməni yer üzündə zalımlıq, işgəncə və ağrı bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Böyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır.

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyıb zülmkar er-mənini, kafirlik libasına bürünmüş bu qorxunc varlığı yaşadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qo-runun, özünüzü gözləyin ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!

Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haqda: "Kafirlər cəhənnəmə girdikdə Allah onlara belə buyurar: Bu günə yetişəcəyinizi unutduğunuza görə indi əzabı da-dın! Biz də sizi unutduq! Cəhənnəmdə köməksiz burax-dıq. Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!" Əs-Səcdə ["Səcdə"] surəsi.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı qırğını baş verdi. Yüzlərlə günahsız insanın qanı axıdıldı o gün. Ağbirçək anaların ağ saçı qırmızı qana boyandı. İgid oğulların diri-diri başı kəsildi. Dilsiz körpələrin bədəni güllələrlə deşik-deşik edildi. Pak və çiçək qızlarımızın namusuna toxunuldu o qanlı gecədə...

MƏHKƏMƏ-TİBB EKSPERTİNİN RƏYİNDƏN


1. Orucov Telman Ənvər oğlu, 36 yaşında. - Başın kəsilmiş yarası, döş qəfəsinin zədələnməsi, döş qəfəsinin güllə yarası.
2. Hüseynov Həbib Həmzə oğlu, 54 yaşında. - Aşağı ətraf sümüklərinin qəlpəli, açıq sınıqları.
3. Şükürov Vaqif Rəsul oğlu, 24 yaşında. - Döş qəfəsinin güllə yarası.
4. Əliyeva Səhər Çərkəz qızı, 60 yaşında. - Kəllənin qəlpə yarası.
5. Babayeva Aqibə Xasay qızı, 34 yaşında. - Baş və döş qəfəsinin güllə yarası.
6. Hüseynova Maral Kamil qızı, 6 yaşında. - Qarnının ön səthinin güllə yarası.
7. Naməlum qız uşağı. Atasının adı Muraddır, 3 yaşında. - Döş qəfəsinin və qarnının ön səthinin güllə yaraları.
...Beləcə insanlar qətlə yetirilir, işgəncə əzabı ilə dünyalarını dəyişirdilər. Ermənilər həmin gecə insanları diri-diri yandırır, başlarını kəsir, gözlərini çıxarır, dərilərini soyurdular... Məhkəmə-tibb ekspertinin rəyi ilə tanış olduqca onları, o qanlı gecənin şahidlərini soraqlayıram. Soraqlayıb tapdığım adamlar göz yaşı içində başına gələn faciələri danışır. Düçar olduqları zülmün, sitəmin ölçüsüzlü-yündən sızlayırdılar. Özü də qəribə təəccüb içində bu vəhşilikləri sadalayırdılar. İnsanın bu qədər zülmkar və quduz xislətli olduğuna xocalılar inana bilmirdilər. Erməninin hər vəhşiliyini gözləri ilə görsələr də, hələ də çaşqınlıq içində yanırdılar.

... İçimdə ağrılar, acılar göynəyə-göynəyə yazıq xocalıları soraqlayıram.

GİROVDA KİMLƏR OLUB?


Qaldıq əlində bir sürü ərbai-vəhşətin, Olduq əsiri pənceyi-qəhrü müsibətin!
MƏHƏMMƏD HADİ

İnsanın ən böyük faciəsidir Vətəndə əsir olmaq! İnsana vurulan sağalmaz yara, zəhərli neştərdir vətən torpağında əsirlik həyatı yaşamaq! Vətən torpağının bir gün ağır həbsxana divarlarına çevriləcəyini düşünmək mümkünmü? Vətən torpağında parlayan günəşin düşmən nəfəsi ilə boğula-cağını, qara həbsxana qapısının qara dərdə çevrilib o günəşi görünməz edəcəyini xəyala gətirmək olardımı? Vətən övladlarının qəhri-müsibətdə qovrulub-qovrulub susuzluq əzabından öləcəyini fikirləşərdikmi heç? Doğma Vətəndə, qaranlıq həbsxana zülmətində bir parça çörəyə möhtac qalacağımızın həqiqət işığından çox-çox uzaq olduğunu sanardıq.

Amma bunlar hamısı Xocalı faciəsində müsibət dolu həqiqətə döndü. Adamlar doğma Vətənində əsir düşdü, həbsxana zülmətində işgəncə çəkdi, bir parça çörəyə həsrət qaldı, susuzluq əzabında qovruldu. Döyüldü, söyüldü, təhqir olundu öz yurdunda insanlar. Vətən torpağı onlardan ötrü bir məzarıstanlığa, məhbəsə çevrildi. Bəli. Oldu bu faciələrin hamısı! Bəli, tapdandı insanların namusu, qeyrəti, vicdanı öz Vətənində, öz yurdunda! İnsanlar məşəqqətlər alovunda yanıb qovruldu...

Ey zülmün hər üzünü görən, Vətən məhbəslərində işgəncələr çəkən xocalılar, sizi soraqlayıram! Neçə günün girovluğunda başınıza gətirilən oyunları açıb bir-bir danışın. Danışın ki, qoy gələcək nəsillər, sağ qalan övladlarımız həqiqətləri bilib erməniyə nifrətlər yağdırsın! Çətin də olsa, ağrılı da olsa danışın o həqiqətləri!

Qasımov Məhəmməd Salman oğlu. 60 yaşında. 48 gün girovda qalıb. - Ermənilər Xocalıya hücum edəndə qaçdıq Dəhraz tərəfə. Dəhrazda bizi mühasirəyə alıb tutdular. Bir yaşlı qadını və cavan oğlanı yerindəcə güllələdilər. Sonra bizi Naxçıvanikə gətirib saldılar mal pəyəsinə. Az keçməmiş gəlib aramızdan on üç adamı seçib apardılar güllələməyə. O güllənin səsini də biz eşitdik. Bir müddət pəyədə saxladıqdan sonra bir yük maşınına mindirib bizi gətirdilər Stepanakertə. Orda bizi maşından düşürəndə bir erməni kobudluqla çeşməyimi alıb dedi: "Gedərsən, Kürün o tayında verərlər çeşməyini!". Sonra bizi saldılar həbsxanaya. Həbsxanada hansı işgəncələri çəkmədik? On günə kimi dilimizə heç nə dəymədi. Çörək, su həsrətiynən gözümüzü dikirdik qapıya. Qapının nə vaxt açılacağını səbirsizliklə gözləyirdik. Amma qapını açıb içəri girənlər bizə nə su gətirirdi, nə də çörək. Başlayırdılar təpikləməyə, döyməyə, qol, qabırğamızı sındırmağa. Elə döyürdülər, elə hala salırdılar ki, saatlarla yerdə döşəli qalıb tərpənə bilmirdik. Düz on gündən sonra gətirib hərəmizə 70 qram çörək, hər üç adama da bir stəkan su verdilər. Bir də görürdün ki saat 2-də, 3-də ermənilər sərxoş halda gəlib içəri girir, pis söyüşlər söyüb, istədikləri işgəncəni verirdilər. Qaldığımız yer də olduqca soyuq idi. Pəncərə sınıq olduğundan külək içəridə vıy-vıy vıyıldayırdı. Hamımız soyuqdan titrəyirdik. Yerə salmağa bir adyal da verməmişdilər ki, heç olmasa gecə rahat yata bilək. Bütün gecəni, gündüzü oyaq qalırdıq. Yatmaq olardımı soyuqdan? Yanımızda Qaradağlıdan yazıq bir kişi vardı. Bizdən çox qabaq onu tutub bura salmışdılar. Yazığın susuzluqdan ciyəri yanırdı. Gecənin bir vaxtında halı lap pisləşdi. "Su, su" deyib inildəməyə başladı. Dözə bilmədim. Gedib qapını döydüm ki, bir az su versinlər yazığa. Nəzarətçi erməni qapının o tayından məni söyüb təhqir etdi və təkrar qapını döydükdə gəlib öldürəcəyini bildirdi. Yazıq kişi "su, su" deyə-deyə canını tapşırdı. Bir dəfə xaricdən - Qırmızı Aypara Cəmiyyətindən bir dəstə adam gəlib vəziyyətimizlə maraqlandı. Halımızı, görkəmimizi görəndə təəssüflə başlarını buladılar. Ermənilər isə bizə əvvəlcədən xəbərdarlıq edirdilər ki, gələn qonaqlara şikayətlənməyək. Əksinə, ermənilərdən razılıq edək ki, guya bizə yaxşı baxırlar. Əgər belə deməsəydik, ermənilər bizə elə işgəncələr verərdi ki... Düz 48 gün ermənilərin əsarətində əzab çəkdim. 48 gündən sonra məni bir erməni ilə dəyişdilər.

...Məhəmməd kişi ölümlə üz-üzə dayanıbmış kimi bu söhbəti edirdi. Əlində təsbehin iri dənələrini birdən elə möhkəm sıxırdı ki, barmaqları ağarırdı. Sınıxmış, düşkün bir görkəmdə idi Məhəmməd kişi. Ağsaqqal vaxtında, müdrik görkəmində olan bu ağır təbiətli kişi əzab çəkə-çəkə başına gələnləri danışırdı. Həyatdan, yaşayışdan, insanlardan, hər şeydən bezikmiş halda idi Məhəmməd kişi.

Allahverdiyev Mirzə. 40 yaşında. 18 gün girovda qalıb. - Biz həmin gün Noragül istiqamətində postda da-yanmışdıq. Amma "Finski" evlər yananda geri çəkildik. Fevralın 26-da onların çoxu Beşmərtəbə deyilən binaya toplanmışdı. 100- ə qədər adam vardı orda. Sonra çıxıb Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28- də ermənilər mühasirəyə alıb tutdular bizi. Həmin saat əl-ayağımızı bağlayıb başladılar döyməyə, işgəncə verməyə. Sonra apardılar Əsgərana. Orda milis idarəsinin həbs otağında bizi saxlayırdılar. Amma hansı əzabları vermirdilər bizə. Bir neçə qızıl dişim vardı. Yerə yıxıb əl-ayağımı bağla-dılar. Başladılar kəlbətinlə dişlərimi sökməyə. Kəlbətinlə dartır, çəkiclə vururdular dişimə. İnildəyir, zarıyırdım ağrıdan. Yalvarır, yaxarır, bu işgəncəyə son qoymağı xahiş edirdim. Ağrının dəhşətindən huşumu itirdim. Neçə saat huşsuz qaldığımı bilmirəm. Amma gözümü açanda hiss etdim ki, qızıl dişlərimi sındırıb götürüblər.(Dişin kötüyünü Bakıda həkimlər çıxarıb müalicə etdilər). Ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi sındırmaqla bitmədi. Söyüş, təhqir, təpiklə vurmaq, döymək hər gün olurdu. Girovluqda qaldığım 18 günün elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsiniər. Yaman vəhşi idi ermənilər. Gözlərini qan tutmuşdu. Ürəklərində heç bir insaf, ədalət yox idi. Bizi döyməkdən, təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə məni çılpaq soyundurub dubinka ilə döydülər. Ürəkləri soyumadığından götürüb ikinci mərtəbədən atdılar məni yerə. Bütün bədənim əzilmişdi. Necə kinli, qəzəbli idi bu ermənilər bizə qarşı? Edik adında bir erməni vardı. Hər gün içər-i girib mənə özünəməxsus xüsusi işgəncə verirdi: Ağır çəkmələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bundan ləzzət aparırdı. Mənim iniltim, qışqırtım ona təsir də etmirdi, əksinə, kefi açılırdı... Ermənilər tez-tez bizə deyirdilər: "Sizi qıracağıq, buralardan taman qovacağıq. Donuzlarımızı gətirib Kürdə suvaracağıq". Hər gün bizə bir parça çörək, bir balaca qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib möhkəm döyürdülər. On səkkiz gün girovda qalandan sonra məni dəyişib Ağdama gətirdilər. Öyrəndim ki, anamı da ermənilər bir neçə gün girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. Qardaşım Elşəni isə mənim günümə salıblar. Girovda işgəncələr verib qızıl dişlərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaşımı öldürüblər.

...Mirzə ağır dərd içində danışır bu söhbəti, yana-yana deyir başına gələn faciəni. Mirzə öz faciəsini dərd alovunda söyləsə də qardaş ölümünə dözə bilmir, elə fikri də, baxışları da hardasa uzaqlarda, səsi-sorağı hələ də çıxma-yan doğmalarının yanındadır. Mirzə qardaş ölümünə göynəyir, erməni vəhşiliyinə nifrət edir, indi ağır xəstəlik halı keçirir, həkimin ciddi müayinəsindədir. Həkim ona sakit yerdə yaşamağı, əsəbiləşməməyi, səs-küylü yerdən uzaqlaşmağı tapşırıb. Amma Mirzə sakit yer hardan tapsın? İnsan üçün ən sakit yer vətən torpağı, dədə- baba yurdudur. O yurd indi düşmən pəncəsində can verir, əzab çəkir. O yur-dun gülü, gülzarı soldurulub, yerində bayquşlar uyuyur. Həkimin növbəti tapşırığını da yerinə yetirə bilmir Mirzə: yəni əsəbiləşir. Üzdən yox. Daxildən çırpınır, əsəbi vəziy-yətdə olur. Elə o əsəbi vəziyyətdə də mənə deyir: baxın, başımın ortasına diqqətlə baxın. Görün ermənilər neçə yerdən vurub deşiblər... Sonra Mirzə cibindən əzilmiş bir tibb müayinə kağızı çıxarıb mənə göstərir, deyir: Bax görün ermənilər başıma nə oyunlar açıb.TİBBİ MÜAYİNƏ KAĞIZI VERİLİR ALLAHVERDİYEV MİRZƏYƏ SEMAŞKO TƏCİLİ YARDIM XƏSTƏXANASI - Döş qəfəsinin əyilməsi, sağ VII qabırğasının sınığı, sağ əlin II barmağında infeksiyalaşmış, kəsilmiş yara, üst dişlərin çıxarılması...

Aslanov Qəyyum. 53 yaşında. 45 gün girovda qalıb. - Fevralın 26-da səhər tezdən ermənilər bizi tutdu. Yanımızda on beşə kimi qadın, qız vardı. Onları bizdən ayırıb apardılar. Stepanakertdə milisin kameralarında saxlayırdılar bizi. Hər gün 100 qram çörək, bir balaca qabda su verirdilər. Bizə elə işgəncələr edirdilər ki, dillə deyiləsi mümkün deyil. Bir o qədər döyüb vururdular, amma ürəkləri soyumurdu. Necə kinli imiş bu ermənilər! Bir dəfə gecə saat 11-də məni yerə yıxıb əl-qolumu bağladılar. Bir-iki qızıl dişim vardı. Başladılar dəmir çəngəllə dişlərimdəki qızılları sökməyə. Üç dəmir çəngəl sındırdılar ağzımda. Ağzım para-para olmuş, bütün qanla dolmuşdu. Əynimdəki paltar qan ləkəsindən qıpqırmızı idi. İniltim, qışqırtım ermənilərin heç vecinə də deyildi. Axır ki, minbir işgəncə ilə qızıl dişlərimi söküb çıxardılar. Huşumu itirib yerdə ölü kimi qaldım. Bir neçə gün soyuq döşəmədə halsız-huşsuz vəziyyətdə uzandım. Sonra yavaş-yavaş özümə gəldim. Amma ermənilər bununla da sakitləşmir, məndən əl çəkmirdilər. Tək məndən yox, orda əsirlikdə qalan bütün azərbaycanlıları döyüb işgəncə verirdilər. Bir dəfə ermənilərdən biri mənə qəzəblə dedi: "Mən Şuşada həbsxana da yatanda, sizinkilər məni incidirdilər. İndi əvəzini səndən çıxacam". Erməni ağır çəkmələri ilə məni təpikləməyə başladı. Elə ağır zərbələr vururdu ki, yerdə qıvrıla-qıvrıla qalırdım. Erməninin məni nə qədər təpiklədiyini bilmirəm. Çünki artıq huşum başımdan çıxmışdı və bütün bədənim keyləşmişdi. Yalnız ara-sıra sancıların tutduğunu hiss edirdim. O təpikləmədə dörd qabırğamı sındırmışdı erməni. Yanımızda Ələsgər adlı bir kişi vardı. Ayağına güllə dəyib parçalamışdı. Yazığın ayağı irinin, qanın içində idi. Onun ayağını sarımağa qoymurdular. Soyuqdan da tir-tir titrəyirdi. Aclıq bir yandan, soyuq da bir yandan, aldığı yara da bir yandan, yazıq dözə bilmədi. Gecənin bir vaxtında ağrı, əzab içində keçindi. Ələsgərin ölümündən sonra gedib qapını döydük ki, gəlib meyidi aparsınlar. Amma ermənilər bununla da bizə əzab verirdilər, gəlib meyidi aparmırdılar. Bütöv bir gün Ələsgərin meyidi qaldı kameramızda. Soyuqdan donub ölsəm də, əynimdəki paltarı saldım Ələsgərin üstünə. Bax bizə elə zülmlər edirdi ermənilər. Bir Allahverdi vardı yanımızda. O da işgəncələrə dözə bilmədi. Dünyasını dəyişdi. İki nəzarətçi gəlib meyidi apardı. Çox hiyləgər, bic idi ermənilər. Bir dəfə gətirib bizə yun adyal payladılar. Məlum oldu ki, Beynəlxalq Qırmızı Ay-para Cəmiyyətindən yanımıza gəliblər. Ona görə də onların gəlməyinə 10 dəqiqə qalanda guya qayğımıza qalırmışlar kimi, gətirib adyal vermişdilər. Gələn qonaqlar soruşurdu ki, sizi incitmirlər burda? Cavab verirdik ki, yox, incitmirlər, yaxşı baxırlar. Başqa nə cavab verəydik? Ermənilər əvvəlcədən tapşırmışdılar: əgər şikayətlənsək, öldürəcəklər, hamımızı qıracaqlar. Ona görə də gələnlərə heç nə deyə bilmirdik. Amma bir dəfə gələn qonaqlara göstərmək üçün xəlvətcə, guya bilməyə-bilməyə pencəyimi qaldırdım ki, oradakı qan laxtasını görsünlər. Qonaqlar qan laxtasını görüb başlarını buladılar. Ermənilər də işin nə yerdə oldu-ğunu bildilər. Qonaqlar gedəndən sonra məni döyüb bir hala saldılar ki, sözlə deyiləsi deyil. Hər dəfə də təpiklə vurduqca deyirdilər: "Sən bizdən şikayət etmisən!". Ermə-nilər tez-tez bizə deyirdi: sevinin ki, hələ sizi güllələmə-mişik, öldürməmişik! Amma yanımızdakıları hərdən gəlib güllələməyə aparırdılar. Özü də içəri girib hamımıza bir-bir baxıb qışqırırdılar: "Onu, onu bu gün aparıb güllələyin". Heysiz-halsız yoldaşlarımızı aparıb heç nədən qətlə yeti-rirdilər. Novruz bayramına bir neçə gün qalanda ermənilər istehza ilə xəbərdarlıq edirdilər: "Sizə yaxşı bayramlıq payı verəcəyik!". Doğrudan da martın 22-də ermənilər bizə "bayramlıq payı" verdilər. Bizi qaldırıb göyə çırpdılar döşəmənin üstünə. Elə çırpılırdıq ki, döşəməyə, zərbdən taxta da mismardan qopurdu. Eləcə başımıza müsibət gətirirdilər. Bir dəfə yenə məni möhkəm döydülər. Huşumu itirib yerə yıxıldım. Bir müddət huşsuz qalandan sonra hiss etdim ki, nədənsə boğuluram və başım da bərk üşüyür. Gö-zümü açanda gördüm ki, içində qar olan vedrəni başıma keçiriblər. Axır ki, bir gün məni də dəyişdilər və o cəhənnəmdən xilas oldum. Ağdama gələndən sonra öyrəndim ki, qardaşım Qulunu ermənilər öldürüb. Qızım Gülsalahdan da heç bir xəbər yoxdur. İtkin düşüb. Özümün də halım yaxşı deyil. Böyrəklərim tez-tez sancır, çəngəllə çıxarılan dişlərimin yeri incidir, başım bərk ağrılar verir. Halım pisdir, çox pisdir. Əsəblərim isə tamam korlanıb.

Girov xocalılardan kimi dindirirəmsə nifrətlə danışır ermənilərdən. Kimdən bir söz soruşuramsa əsəbiləşir, dil-xor olur, o faciəli günləri - əsirlik həyatını yada salmaq is-təmir, qaçır, uzaqlaşır, gah da dərdli-dərdli başını bulayıb deyir: Nə olsun axı? Lap danışdım, nə fayda? Belə deyir gi-rov xocalılar, belə deyir erməni əsarətində zülmün hər üzünü görmüş xocalılar. Amma sonradan sakitləşir, başqa bir dünyanın adamına çevrilib dərd içində üzülə-üzülə o ötən dəhşətləri danışırlar.

Nəbiyev Niftalı İbad oğlu. 47 yaşında. 48 gün girov qalıb. - Fevralın 25- də saat 10-da Əsgəran istiqamətindəki səngərdə idik. Hər tərəfi ermənilər ağır texnika ilə mühasirəyə aldılar. Bir qədər atışdıqdan sonra gedib qadınları, uşaqları da götürüb Dəhraz tərəfə çəkildik. Hər tərəfdən mühasirədə olduğumuzu hiss edirdik və hər yandan bizə atırdılar. Üç gün ac-susuz meşədə qaldıq. Sonra ermənilər bizi mühasirəyə alıb tutdular. Yanımızda 300-ə qədər qadın, uşaq vardı. Hamımızı yığıb apardılar donuz fermasına. Milli ordu paltarında 13 nəfəri seçib apardılar. Az keçməmiş güllə səsləri eşitdik. Bildik ki, o yazıqları güllələyiblər. Üç gün qaldıq donuz fermasında. Yeməyə heç nə vermirdilər. Elə hərdən gətirib camaata azca çiy buğda paylayırdılar. Üç gündən sonra gəlib aramızdan iyirmi adamı seçdilər. Qışqırırdılar ki, iyirminizdə əlləri yuxarı vəziyyətdə çölə çıxın. Bizi "Kamaz"a doldurub gətirdilər Stepanakertin milis idarəsinə. Orda bizi möhkəm döydülər. Sonra qeydiyyata aldılar. Bir-bir üstümüzü yoxlayıb kameraya saldılar. Mənim paltarımı yoxlayanda paltomun cibindən patron tapdılar. Dedilər ki, sən milli ordu əsgərisən. Məni lüt soyundurdular. Dubinka ilə başladılar döyməyə. Ermənilərdən biri əlində balta mənə sarı gəldi, qorxdum ki, balta ilə başımı kəsəcək. Amma xoşbəxtlikdən kəsmədi. Balta ilə paltomu kəsib doğradı. Sonra da sürüyüb atdılar kameraya. Gecə saat 1-2 olardı. Bu dəfə başqa erməni "boyevikləri" içəri girib hirslə qışqırdılar: "Ara, bizim torpaqda siz axı nə edirsiniz?" Başladılar bizi döyməyə. İki qızıl dişimi vurub sındırdılar. Hər gün, hər gün bu vəziyyət təkrar olunurdu. Ermənilər gah ayıq başla, gah sərxoş vəziyyətdə gəlib bizi şil-küt edirdilər. Yeməyə bir parça çörək, içməyə də yeddi adama bir qab su verirdilər. Yanımızda Qaradağlıdan olan girovlar vardı. Yazıqları bit basmışdı. Bütün günü yazıqlar qaşınır, dırnaqları ilə dərilərini qoparırdılar. Yanımızda Nəbiyev Əli adlı bir kişi vardı. Yazıq elə zarıya-zarıya öldü.

Ermənilər yaman zülmkar idilər. Qadağan etmişdilər ki, gecələr də bir-birimizlə danışmayaq. Qorxa-qorxa, pıçıltı ilə danışırdıq. Qaldığımız kamerada dəhşətli soyuq olurdu. Yatanda bir-birimizə, kürək-kürəyə söykənib yatırdıq. Döşəmə beton olduğundan daim rütubət vardı. Nəzarətçilər əlində bıçaq dəhlizdə gəzişir, səs eşidən kimi içəri girib bizi əzişdirirdilər. Ayaqlarımızdakı corabları da tutub çıxarmışdılar. Yanımdakı yoldaşımın iyimi min pulunu, qızılını almışdılar. Sonra min bir çətinliklə bizi dəyişdilər. Amma indi halım getdikcə pisləşir. Qabırğamı da vurub batırıblar. Ciddi müalicəyə ehtiyacım var. Görək axırı nə olacaq.

...Niftalı kişi bu ürəkparçalayan söhbəti, başına gətirilən ağır müsibətləri danışdıqdan sonra cibindən bir kağız çıxarıb mənə uzatdı: Baxın, bu həkimin verdiyi kağızdır. Xəstəliklərimin bir qismi yazılıb burda.

HƏKİMİN MÜAYİNƏ KAĞIZINDAN:


1. Döş qəfəsinin ciddi zədələnməsi.
2. Ağ ciyərdə soyuqlama.
3. Ayaqda ağır keyləşmə.
4. Qabırğaların vurulub sındırılması.
Girovda qalanlarla hər söhbətdən sonra yalnız bir fik-rin torunda çırpınıram: erməni zülmü, erməni dəhşəti, er-məni vəhşiliyi! İçərilərindəki xeyirxahlıq və mərhəmət hissinin çürüyüb zəhərli əqrəbə çevirdikləri bu erməniləri insanlar, bəşər övladı bağışlayacaqmı görən? Ermənilərə
bu qeyri-insani rəftarlarına görə hansı adı vermək olar? Kafir, yalnız kafir adına layiqdir bu ermənilər.

KAFİR ERMƏNİ!


Erməni kafirdir! Erməni zülmkardır! Erməni insan qanı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara döndərəndir! Kafir erməni yer zündə zalımlıq, işgəncə bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Böyük Allah adına, müqəddəs insan adına ləkədir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır!
Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Adı nurlu Məhəmmədin övladları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyıb zülmkar ermənini, kafirlik libasına bürünmüş bu qorxunc varlığı yaşadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüzü gözləyin ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!
Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haqda: "Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik!". Fussilət ["Müfəssəl izah edilmiş"] surəsi.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı qırğını baş verdi. Günahsız adamların na-haqcasına qanı axıdıldı. Adamlar diri-diri yandırıldı o mə-şum gecədə. Kimsəsiz, köməksiz adamlar elin-dən-obasından didərgin salındı. Soyuq çöllərdə, qarlı me-şələrdə qara meyidlər sıralandı o gün! Erməni zülmü, er-məni sitəmi ilə Azəri türkləri qanına qəltan edildi!

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN


1. Bəhmənov Müşviq Vaqif oğlu. 22 yaş. Milli ordu əsgəridir. - Kəllənin güllə yarasından ölmüşdür.
2. Mehdiyev Murad Şəfa oğlu. 26 yaş. - Döş qəfəsinin güllə yarasından ölmüşdür.
3. Xəlilova Zərifə Zəkara qızı. 27 yaş. - Döş qəfəsinin güllə yarasından ölmüşdür.
4. İbrahimov Əlixan Xəlil oğlu. 35 yaş. Milli ordudan. - Kəllənin güllə yarasından ölmüşdür.
5. Əbdülov Yelmar İsgəndər oğlu. 43 yaş. Fəhlə. - Kəllənin güllə yarasından ölmüşdür.
6. Əliməmmədov Faiq Şahmalı oğlu. 24 yaş. Fəhlə. - Döş qəfəsinin güllə yarasından ölmüşdür.
7. Əliyev İsa Əbdüləli oğlu. 59 yaş. Fəhlə. - Kəllənin güllə yarasından ölmüşdür.
8. Abbasov Əntiş Heydər oğlu. 42 yaş. - Qarın və döş qəfəsinin güllə yarasından ölmüşdür.
9. Məmmədov Talış. 50 yaş. Fəhlə. - Döş qəfəsinin ön səthindən güllə yarasından ölmüşdür.
10. Vəliyev Ələsəf Zakir oğlu. 45 yaş. Fəhlə. - Qarının ön səthinin və sağ budun güllə yaralarından ölmüşdür.
11. Cəcərova Pəri Muxtar qızı. 36 yaş. - Döş qəfəsinin arxa səthinin güllə yarasından ölmüşdür.
12. Məmmədov Şöhrət İbiş oğlu. 36 yaş. - Döş qəfəsinin ön səthinin və sağ bud nahiyəsinin güllə yarasından ölmüşdür.
13. Çobanova Nəzakət Tapdıq qızı. 8 - 10 yaş. - Qarının ön divarının güllə yarasından ölmüşdür.
14. Orucova İzafə Əli qızı. 27 yaş. - Başın və döş qəfəsinin güllə yaralarından ölmüşdür.

ANA BALASINI BOĞUR...


Ah əvət, həp dəyişdi ruhi-bəşər,
Hökm edər imdi başqa fəlsəfələr.
H. CAVİD
Dəyişir, dəyişir ruhi bəşər! Dəyişir bütün varlıq, yer, dünya, insan! Dəyişir gördüyü-müz aylı, ulduzlu kainat! Dəyişib sönür, solğun çırağa dönür hər alovlu istəyimiz, müqəddəs arzu-muz! Bəs öyrəşdiyimiz ruhu bəşəri dəyişən, hökmü verən kimidir, kim! O qüvvətə, o gücə sahib kimdir axı! Əlbəttə ki, insan! Əlbəttə ki, onun istəyi, əqli, düşüncəsi, zülmü, rə-himdilliyi. İnsanı dəyişən də, başqalaşdıran da onun özü-dür, öz hökmüdür!
...Bax bu qadın da insanın zülmkar hökmü ilə dəyişib. Sevinmə, cocuğunu bayaqdan bağrına basıb duz kimi ya-layan bu qadın əsrin ən böyük cinayətini edib. Məcburiy-yətdən, min bir işgəncənin, namusun toxunulmazlığından atıb bu addımı qadın!
Müşgünaz əsəbi halda deyir: - Bəli, öz əllərimlə bax bu beşikdə yatan qızımı boğmuşam. Başqa çıxış yolum yox idi. Nə qədər ağır olsa da, işgəncəli olsa da mən bu addımı atdım. Öz doğma övladımı, iki yaşlı qızımı boğdum. Camaatı və özümü murdar ermənilərin əlinə verməməkdən ötrü uşağımı boğdum əllərimlə. Çünki uşaq ağlayır, qışqırırdı, sakitləşmək bilmirdi. Baxdım ki, belə getsə ermənilər gəlib gizləndiyimiz yeri tapacaqlar. Yazıq uşaqda da günah yox idi. O şaxtanın, soyuğun qabağında ac-susuz necə dözəydi? Evdən də elə tələsik çıxmışdıq ki, heç bir şey götürə bilməmişdik. Yanımızda iki günə yüzə qədər adam var idi. Çoxunun əl-ayağı yalın, çılpaqdı. Yeməyə də heç nəyimiz yoxdu. Acından hamımız qar yeyirdik. Balaca uşaqların çoxu şaxtaya dözə bilmir, donurdu. Uşaqlar ağlaşırdı. Üç günə kimi qaldıq meşədə. Həmişə də ümidlə gözləyirdik ki, bizimkilər gəlib xilas edəcək. Amma bizi nə axtaran vardı, nə də soraqlayan. Meşədə qaldığımız sonuncu günü qızım sakitləşmək bilmir, qıyya çəkib ağlayırdı. Hiss etdim ki, belə getsə ermənilər uşağın səsini eşidib gəlib bizi tutacaqlar. Həm də görürdüm ki, adamlar uşağın belə qışqırıb ağlamağına narazı baxır, ehtiyatlanırlar. Daha dözə bilmədim. İçimdə hönkürə-hönkürə, ürəyimə dağ basıla-basıla əllərimlə uşağı boğdum. Qızım bir az çırpınıb dayandı. Daha ölmüşdü qızım. Daha səsi kəsilmişdi bədbəxt balamın. Doğma ciyərparamı bağrıma basıb ağlayırdım. Bu cinayətimi özümə bağışlaya biləcəkdimmi? Əgər sağ-salamat burdan qurtarsam, sonralar əzab çəkməyə-cəmmi? Yazıq balamın o nurlu üzü gözüm önündən çəkilib gedəcəkmi? Heç vaxt, heç zaman bunu özümə bağışlaya bilməzdim. Mütləq bu cinayətə görə özümü cəzalandıracaqdım. Dəhraza tərəf getməyə başladıq. Gedəndə uşağı da özümlə götürdüm ki, aparıb basdıraram. Dəhrazın yanında ermənilər bizi tutdu. Aparıb saldılar mal pəyəsinə. Uşağın meyidini qoyub yanıma oturmuşdum soyuq torpağın üstündə. Hərdən qəribə qorxu içində uşağımın meyidinə baxırdım. Və bərk peşmançılıq hissi keçirirdim. Düşünürdüm ki, nahaqdan, çox nahaqdan ciyərparamı öldürdüm, onsuz da ermənilər bizi tutacaqdı. Gərək boğmayaydım körpəmi. Elə bu ağrılı fikirlər içində üzüldüyüm vaxt birdən balaca Salatınım tərpəndi, vurnuxmağa başladı. Heyrətdən donub yerimdə qalmışdım. Hələ də inana bilmirdim ki, o hərəkətə gələn, dirilən, bayaqdan ölü sandığım Salatınım özümə qayıtdı. Tez bükdüyüm paltarı kənara atıb şirin-şəkər balamı duz kimi yalamağa başladım! Zavallı, bədbəxt uşağım! Az qalmışdı ki, bala qatili olub bütün ömrüm boyu əzab çəkim. Allah məni dərddən yaxşı qurtardı. Yazıq Salatınımı qucaqlayıb ağlayırdım. Balam dirilmişdi, yenidən dünyaya gəlmişdi. Sevinirdim, yaman sevinirdim. Salatınımın özümə qayıtmağına. Amma düşünürdüm ki, görən ermənilər bizi sağ buraxacaqmı? İndicə dirilib yenidən dünyaya gələn balamı öldürməyəcəklər ki? Bəlkə hər ikimizi qətlə yetirəcəklər? Kim bilir? Ümidim çox azdı sağ buraxılmağımıza. Az keçməmiş ermənilər içəri girib bütün qızıllarımızı, pullarımızı aldılar. Sabahı günü bizi Abdal-Gülablıya gətirib dəyişdilər...

Müşgünaz xanımla Bakı şəhər Təcili Yardım xəstəxanasında oturub söhbət edirdik. Başına gələn faciəni ağrı içində danışır Müşgünaz xanım. Meşədə qaldığı üç günün soyuğu, şaxtası ona şikəstlik gətirib. Ayağı donduğundan iki barmağını kəsiblər, 4-cü dərəcəli əlildir. Onun dərdi-ağrısı bu əlilliklə bitib qurtarmır. Neçə doğma qohumu, əziz adamları hələ də erməni əsarətindədir. İki qaynını, iki qaynı arvadını ermənilər öldürüb. Müşgünaz xanımın on ikiyə qədər qohumunu ermənilər girov saxlayır. O, hər gün həsrətlə onlardan hansı birininsə qayıdacağı ümidindədir? Onunla söhbət edəndə yanaşı çarpayıda uzanmış balaca qız uşağı şirin-şirin qığıldayır. Müşgünaz xanım acı-acı gülümsünüb deyir: - Bax bu uşağı boğmuşdum. İntəhası Allah saxladı.

Müşgünaz xanımla xudahafizləşib palatadan çıxıram. Çıxanda dönüb bir də balaca Salatına baxıram. Salatın dünyanın bütün qəmlərindən, ailəsinin, özünün başına gələn faciələrdən xəbərsiz halda, xoş bir halda gülümsünür, balaca əlləri ilə paltarını dartışdırırdı.

...Gülümsə, gülümsə Salatın! Ağır dərd içində yanıb alovlanan anana baxanda həmişə gülümsə! Gülümsə ki, ananın da qəlbi sakitlik tapsın. Fikirdən, xəyaldan uzaqlaşsın. Hər yana baxıb kədər görən anan sənin təbəssümünə bürünsün. Anan bu otuz iki illik ömründə çox dəhşətlər görüb, Salatın! Sən tezliklə böyü. Yaşa dol! Anana arxa, həyan ol! Onun dərdlərini yüngülləşdir, fikir çəkməyə qoyma! Ölənlərinin, itənlərinin ağır faciəsi qoyma ananı üzüb haldan salsın! Sən onun yanan çırağı, şölələnən ümidisən! Həmişə bax elə təbəssümlə, qayğısız gülüşlərlə ananın ömrünü bəzə! Sən xoşbəxt bir həyat yaşayacaqsan. Yağı düşmənin də qara nəfəsi yurdumuzdan çəkilib gedəcək! Sən bu faciələrdən çox-çox sonralar xəbər tutacaqsan! İndi isə gülümsə, üzünə qonan təbəssümü silmə! Gülümsə ki, təbəssümün ananın ağrılarına məlhəm olsun!