“Bu, Əliyev və Sarkisyanın bəyanatının ruhuna ziddir”

bu-eliyev-ve-sarkisyanin-beyanatinin-ruhuna-ziddir
Oxunma sayı: 646

Onlar aprelin 27-də birgə bəyanat yayıblar: “Belə anlamsız atəşkəs pozuntuları tərəflərin güc istifadəsindən çəkinmək və Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək öhdəliklərinin pozulması olmaqla yanaşı həm də prezidentlər Əliyev və Sarkisyanın 23 yanvar 2012-ci il tarixli birgə bəyanatının ruhuna ziddir.

Həmsədrlər insan ölümlərinə səbəb olan halları pisləyərək bir daha təkrar edirlər ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur. Həmsədrlər tərəfləri çağırırlar ki, 1994-cü ildə əldə edilmiş atəşkəsə hörmətlə yanaşsınlar və gərginliyin daha da artmasına yol açacaq hər cür qisasçı hərəkətlərdən çəkinsinlər”.


***

Ermənistan rəsmiləri bildirirlər ki, aprelin 27-də Azərbaycanla sərhəddə silahlıların hərbi maşına hücumu nəticəsində 3 əsgər həlak olub.

Ermənistan prezidenti Serzh Sargsyan atəşin Azərbaycan tərəfdən açıldığını deyərək cavab addımları ilə hədələyib.

Ermənilər qeyd edirlər ki, iki gün əvvəl də bu hadisənin baş verdiyi ərazini Azərbaycan atəşə tutmuşdu.

Azərbaycanla Ermənistan tez-tez bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Bu günlər atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun bir zabiti də həlak olub.