Bu gün 4 idmançımız medal üçün döyüşəcək

bu-gun-4-idmancimiz-medal-ucun-doyusecek
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi məlumata görə, onlardan ikisi duet şəklində çıxış edəcək.

Bunlar kanoeçi Sergey Bezuqlıy və Maksim Prokopenkodur.
Atletikada qadın olimpiyaçımız Layeş Abdullayeva qüvvəsini sınayacaq.

Gün ərzində son nümayəndəmiz isə yunan-roma güləşçisi Şalva Qadabadzedir. O, 96 kq çəki dərəcəsində 1/8 final matçına çıxacaq. Bakı vaxtı ilə saat 18:03-də başlanacaq görüşdə Qadabadzenin rəqibi Rusiyanı təmsil edən Rustam Totrov olacaq.

Kanoe (1000 m)
13:46. Təsnifat mərhələsi
Sergey Bezuqlıy – Maksim Prokopenko dueti

15:09. Yarımfinal mərhələsi

Atletika
14:55. Qadınlar, 5000 m, təsnifat mərhəsi
Layeş Abdullayeva

Yunan-Roma güləşi
18:03. 1/8 final mərhələsi (96 kq)
Şalva Qadabadze – Rustam Totrov

Ceyhun Əhmədov