Bulvarda daha bir intihar cəhdi

bulvarda-daha-bir-intihar-cehdi
Oxunma sayı: 647

Qafqazinfo Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli parkda dəmir konstruksiyalı Saat qülləsində bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən həmin şəxsin təxminən 30-40 metr hündürlükdən özünü aşağı atmaq niyyətində olduğu məlum olub. Xilasedicilər vətəndaşla aparılan danışıqlar zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar.