“Bunu etiraf etmək lazımdır ki...”

bunu-etiraf-etmek-lazimdir-ki
Oxunma sayı: 716

Millət vəkili Adil Əliyev Qaynar.info-ya bildirib ki, 20 illik bir zaman kifayət qədər böyük bir zaman oldu və dəfələrlə müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qaldıq:“Bunu etiraf etmək lazımdır ki, bu müstəqilliyi biz hansı çətinliklərdən çıxaraq əldə etdik. Məhz Heydər Əliyevin apardığı mükəmməl və sistemli daxili və xarici siyasət nəticəsində biz bu 20 illik şərəfli tarixi yaşaya bildik. Vətəndaş qarşıdurması, xarici təzyiqlərə baxmayaraq bir dövlət olaraq regionda nüfuzumuzu qoruya bildik və bu gün possovet məkanında yeganə dövlətik ki, beynəlxalq müstəvidə müstəsna gücə sahibik. Bu gündə prezident İlham Əliyev bu siyasəti davam etdirməkdə və dövlətin nüfuzunu qorumaqdadır. Tək bunu qeyd etmək istəyirəm ki, bu il Azərbaycan hərbi sənayenin inkişafı üçün bir milyard manat büdcədən pul ayırır. Bu o deməkdir ki, Azərbaycan işğal olunmuş torpaqlarının azad olunması istiqamətində də düşünülmüş siyasət həyata keçirir və mən inanıram ki, ali baş komandanın əmri ilə Dağlıq Qarabağında işğaldan azad olunmasına nail olacağıq. Mən 20 illik bir şərəfli tariximizin yazılmasında Heydər Əliyevin, bu gün İlham Əliyevin müstəsna xidmətlərini bir daha qeyd edərək bildirirəm ki, zaman çatacaq ki, Azərbaycan xalqı müstəqilliyinin 200 illiyinidə keçirəcək və regionda super güc olaraq qalacağıq”